Limanda — 1954-cü ildə ABŞ-də çəkilən film.
Məzmunu Köhnə boksçu Terri Melloy (Marlon Brando) qardaşı Çarlinin istəyi ilə Conni Frendli adlı adamın yanında işə düzəlir. Conni mafiya adamıdır və qanunsuz işlərlə məşğul olur. Conni onlara xəyanət etmiş insanları aradan götürür. Bir gün Conninin adamları Terrinin qonşuluğunda yaşayan bir şəxsi qətlə yetirirlər. Terri bu qətlin şahidi olur, lakin heç kim qətlin kim tərəfindən həyata keçirildiyini deməyə cürət etmir. Keşiş Berri və qətlə yetirilən şəxsin bacısı Edi qatili axtarmağa baçlayırlar. Edinin görən Terridə ona qarşı sevgi yaranır. Terri Conni Frendliyə qarşı çıxır.
Film haqqında 1954-cü ildə Elia Kazan tərəfindən çəkilmiş və hal-hazırda bütün dövrlərin ən yaxşı filmlərindən hesab olunan film… Rollarda Marlon Brando, Karl Malden, Eva Meri Seynt və b. çəkiliblər. Film 12 Oskar nominasiyasından "Ən Yaxşı Film" və "Ən yaxşı Rejissor" da daxil olmaqla 8-ni qazandı. Marlon Brando "Ən Yaxşı Aktyor" kimi ilk Oskarını aldı. Maraqlı məqamlardan biri filmin "2-ci planda Ən Yaxşı Aktyor" kateqoriyasında 3 nominasiya almasıdır. Amerika Film İnstitutunun (AFİ) tərtib etdiyi "Bütün Dövrlərin 100 Ən Yaxşı Filmi" siyahısında bu film 8-ci pillədə yer alıb.
Film Hollivudun Qızıl dövrünün bütün əlamətlərini özündə əks etdirir. Yüksək rejissor işi, aktyor oyunu ilə seçilən film həqiqi film gözəlliyindən zövq almaq istəyənlər üçün gözəl seçimdir.
Rollarda Marlon Brando Karl Malden Eva Meri Seynt İstinadlar
Xarici keçidlər
Фотографии со съемок
Kateqoriya:ABŞ filmləri Kateqoriya:1954-cü ilin filmləri Kateqoriya:Nyu-Cersi haqqında filmlər Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:Ən yaxşı drama filminə görə Qızıl Qlobus mükafatını alan filmlər Kateqoriya:İngilis dilində cinayət dram filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Qardaşlar haqqında filmlər Kateqoriya:Qanqster filmləri Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:İkinci planda ən yaxşı aktrisa nominasiyası üzrə Oskar mükafatına layiq görülmüş filmlər Kateqoriya:Oskar mükafatı alan filmlər