Hüseyn Əlirza oğlu Əliyev () — fırça ustası, Azərbaycan xalq rəssamı (1982). Bakı Rəssamlıq Texnikumunu bitirmiş (1932), Leninqrad Rəssamlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda oxumuşdur (1932–1935). Yaradıcılığında portret və mənzərələr mühüm yer tutur. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.

Həyatı Əliyev Hüseyn Əlirza oğlu 1911-ci il aprelin 22-də Comərdli kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Narıngül xanımın ailəsində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927–1932).

1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.

Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932–1935) təqaüdə çıxanadək "Xalq qəzeti"nin ("Kommunist") bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən).

Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. O, "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə", "Böyük Vətən müharibəsinin 30 illiyi" medalları və "Xalqlar dostluğu" ordeni ilə təltif olunub"Hüseyn Əliyev — 100". Mədəniyyət. — 2011. — 29 aprel. — S.13..

Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.

Azərbaycan xalq rəssamı Hüseyn Əliyevin müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri arasında, onun Comərdli kəndində çəkdiyi "Yəhər Təpə" və "Mahmud bulağı" tabloları özünəməxsus yer tutur.

Hüseyn Əliyevin "Göygöl mənzərələri" adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilmişdi.

Hüseyn Əlirza oğlu Əliyev 25 may 1991-ci ildə vəfat edib.

Mükafatları Ermənistan SSR əməkdar incəsənət xadimi — ?Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. səh.440. ISBN 5-8020-0852-0 Azərbaycan SSR əməkdar rəssamı — 05.12.1977Respublikanın təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 5 dekabr 1977-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan SSR xalq rəssamı — 01.12.1982Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı

Şəcərəsi Mirzə Əbdül Mirzə Əli Alagöz Məhəmməd Məşədi Əli Kərbəlayı Cəfər Əlirza

Hüseyn Əliyev

Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev , Cəlal Əliyev, Rəfiqə Əliyeva, Şəfiqə Əliyevanın qardaşıdır.

İstinadlar

Xarici keçidlər ƏLİYEV Hüseyn Əlirza oğlu - Azərbaycan Milli Ensiklopediyası

Kateqoriya:Əliyevlər Kateqoriya:Zəngəzurda doğulanlar Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin məzunları Kateqoriya:Azərbaycan SSR əməkdar rəssamları Kateqoriya:Azərbaycan SSR xalq rəssamları Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycanın portret rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:SSRİ şəxsləri