İlham Allahverdiyev () — Futbolçu, mövqeyi hüçumçudur. Hal hazırda Bakının "MOİK" klubunda oynayır.
Bioqrafiya İlham Allahverdiyev 28 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası, Goranboy rayonunda doğulub.https://www.transfermarkt.ru/ilham-allahverdiyev/profil/spieler/230687
Karyera thumb|Neftçinin heyətində 2011/12 mövsümu. İlham Allahverdiyev futbol karyerasına 2002-ci ildə Bakının "Neftçi" klubunun uşaq komandasında başlayıb. Bakılıların heyətində müxtəlif aşağı yaş komandalarında çıxış etdikdən sonra, 2011-ci ildə klubun əvəzedici heyətinə cəlb olunur. Daha sonra, 2011/12 mövsümundə "Neftçi"nin əsas heyəti ilə Azərbaycan çempionluğunu qazanır.
2013-cu ilin yayında "Qaradağ Lökbatan" klubuna icarəyə verilir. "Qaradağ Lökbatan" klubunda 6 ay futbol oynadıqdan sonra Allahverdiyev 2014-cu ilin yanvarında "Neftçi"yə dönur.https://www.azerisport.com/football/20140108114740392.html 2013/14 mövsümu bitdikdən sonra futbolçu təkrar "Qaradağ Lökbatan"a icarəyə verilir və klubunun heyətində Azərbaycan Çemppionatının Birinci dəstəsinin 2014/15 mövsümundə 21 qol ilə bombardir olur.https://futbolinfo.az/2015/05/29/24892/amp/ Futbolçu bombardir olduğu mövsümdə 21 qol vurur. Futbolçu həmin mövsüm 1 dəfə poker, 4 dəfə isə dublla yadda qalır" Allahverdiyev həmin mövsüm 5 dəfə "Göyəzən", 4 dəfə "Bakılı", 3 dəfə "Turan Tovuz" və "Energetik"i cəzalandırır. Futbolçunun 1 qol vurduğu klubların sırasında isə "Şəmkir", "Ağsu", MOİK, "Neftçala", "Rəvan" və "Şuşa Qarabağ" klubları olur. Futbolçu 21 topdan 11-ni qışadək, 10-unu isə qış fasiləsindən sonra vurur. Həmin mövsüm 3 dəfə penalti nöqtəsinə yaxınlaşan Allahverdiyev bunlardan ikisində dəqiq olur.
Futbolçu 2015-ci ildə Şəmkirə keçir və 2015/16 mövsümundə Şəmkirin heyətində çıxış edir.http://sportal.az/news/60951
2016-cı ildə futbolçu Azərbaycanı tərk edir və Türkiyəyə yollanır. Allahverdiyevin Türkiyədə ilk klubu "" olur. Futbolçu daha sonra Türkiyənin "Bal Liqası"nda çıxış edən "Çəngəlköyspor"la 1 illik müqavilə imzalayır. 2019-cu ilə qədər Türkiyə klublarına çıxış edən futbolçu 2019-cu ildə Azərbaycana qayıdır və region liqasında çıxış edən Qusarın "Şahdağ" klubunda çıxış etməyə başlayır.https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/74567.html
Futbolçu hal hazırda Bakının MOİK klubunun formasını geyinir.
Titulları Komanda Azərbaycan Çempionu : 1 (2011/12)
Şəxsi Azərbaycan Birinci dvizion bombardiri: 2014/15
İstinadlar
Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Qaradağ Lökbatan FK futbolçuları Kateqoriya:Şəmkir FK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları