Abutalıb Qəmbər oğlu Səmədov () — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016), Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008), Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Naminə Alyans Partiyasının sədri (1994–2023).
Həyatı 1961-ci il fevralın 19-da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Evlidir, 3 övladı var
Siyasi fəaliyyəti 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak edib və Sumqayıt şəhər təşkilatının sədri olub. 1993-cü ilin mayında partiya üzvlüyündən çıxıb. 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib.
1997–1998-ci illərdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini işləyib.
1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilmişdir Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur.
2006–2008-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsində fəaliyyət göstərmişdir.
Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) qurucusu, ilk və son sədri olmuşdur (17 noyabr 1994 – 2 mart 2023).
3 Noyabr 2023 il tarixindən bugünədək Alyans Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir.
İstinadlar
Xarici keçidlər Abutalıb Səmədov: "Partiya sədrlərinin hamısı 90-cı illərdə siyasətə gələnlərdir"
Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri