Fikrət Bağır oğlu Bağırov () — Azərbaycanın kino rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1982), SSRİ dövlət mükafatı laureatı (1980).

Həyatı Fikrət Bağırov 10 dekabr 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan rəssamlıq məktəbini bitirərək Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olur. Təhsilini başa vurub Bakıya qayıdan Fikrət Bağırov, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Əsərləri respublika və xaricdə sərgilərdə nümayiş etdirilib.

1996-cı il yanvarın 21-də vəfat etmişdir.

Mükafatları SSRİ dövlət mükafatı — 1980 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı

Filmoqrafiya

777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) Arşın mal alan (film, 1965) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağlı qapı (film, 1981) Biri vardı, biri yoxdu... (film, 1967) Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) De ki, məni sevirsən! (film, 1977) Divar (film, 1991) Güllələnmə təxirə salınır!... (film, 2002) Günlərin bir günü... (film, 1976) Həmyerli (film, 1989) Həyat bizi sınayır (film, 1972) "İmportnı" yaxud zırrama (film, 1972) İstintaq (film, 1979) Mən ki gözəl deyildim (film, 1968) Ömrün ilk saatı (film, 1973) Öpürəm (film, 1988) Park (film, 1983) Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004) Rəngli yuxu (film, 1982) Rüstəm İbrahimbəyov (film, 1988) Şərikli çörək (film, 1969) Yanğın (film, 1975) Yaşamaq gözəldir, qardaşım! (film, 1966)

İstinadlar

Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:SSRİ film rəssamları