Mətləb Əzizulla oğlu Mütəllimli (, Bakı şəhəri) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini.
Həyatı Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağayrı kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.
7 aprel 2026-cı ildə vəfat edib.
Mətləb Mütəllimov ailəli idi, üç övladı var.
Siyasi fəaliyyəti Mətləb Mütəllimli 1990-cı il parlament seçkilərində 119 nömrəli Sumqayıt-Tələbə şəhər seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir.
Mətləb Mütəllimli bir müddət Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini vəzifəsini daşımışdır. O, 9 noyabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 298 nömrəli qərarı ilə vəzifəsindən azad edilmişdir.https://e-qanun.az/framework/7844
1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 40 nömrəli Sumqayıt III dairəsindən bitərəf namizədi olan Mətləb Mütəllimov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Mətləb Mütəllimov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan—İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Partiya fəaliyyəti Mətləb Mütəllimli 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. Mətləb Mütəllimli bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının da üzvü olmuşdur. Daha sonra istefa verərək, 1994-cü ilin avqust ayında Sosial Ədalət Partiyasını təsis etmiş və 22 iyun 2023-cü ildə partiya ləğv edilənədək partiyanın sədri olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycanın baş prokurorlarının birinci müavinləri