Eldar Rza oğlu İbrahimov () — Azərbaycanın siyasi xadimi, on birinci çağırış Naxçıvan MSSR Ali Sovetinin, on ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Şuranın üzvü, Azərbaycan Respublikası I, II, III, IV, V, VI və VII çağırış Milli Məclisinin deputatıÜçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az , iqtisadi elmləri doktoru, professor.

Həyatı və fəaliyyəti Eldar İbrahimov 12 mart 1945-ci ildə Naxçıvan MSSR Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu bitirmişdir.

1961-ci ildə Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Azərbaycan Kənd Texnika Birliyi sistemində mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri — Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini — Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır.

Beş çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hal-hazırda VI çağırış Milli Məclisin İntizam komissiyasının sədridir. Ağsaqqallar Şurasının sədr müavinidir. Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədridir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir 3 övladı var. Böyük oğlu Rza İbrahimov 2001-ci ildə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində diplomatik xidməti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə 29 yaşında avtoqəzada həyatını itirmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının sədri seçilib.

Təltifləri "Şöhrət" ordeni — 2005-ci il "Şərəf" ordeni — 2015-ci il. 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni — 11.03.2025-ci il İstinadlar

Kateqoriya:91-lər Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin İntizam Komissiyasının sədrləri Kateqoriya:Azərbaycan Milli Məclisinin Aqrar siyasət Komitəsinin sədrləri Kateqoriya:Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavinləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Çilingərlər Kateqoriya:Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavinləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları