Azərbaycan Güləş Federasiyası (AGF) — Azərbaycanda güləş idman növünün inkişafı və tənzimlənməsini təmin edən qurumdur. 1993-cü ildə təsis olunub. 8 dekabr 2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib.
Tarix 1993-cü il – Azərbaycan Güləş Federasiyası təsis olunub. AGF 1993-cü ildə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FİLA, indiki adı ilə UWW) üzv qəbul olunub.
1993-1997-ci illərdə Etibar Məmmədov, 1997-2007-ci illərdə Abbas Abbasov, 2007-2018-ci illərdə Fazil Məmmədov və 2018-2021-ci illərdə Namiq Əliyev AGF-nin prezidenti vəzifəsini icra edib.
2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib..
Hüquq və vəzifələri Azərbaycan Güləş Federasiyası güləş üzrə idman klublarının və cəmiyyətlərinin könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, güləş idman növünün Azərbaycanda inkişafını təmin edən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycan Güləş Federasiyasının hüquq və vəzifələri “Bədən tərbiyəsi və idman haqqında” qanunla tənzimlənir.
Fəaliyyəti və təşkil edilmiş yarışlar 2002-ci il – Kişilər arasında sərbəst güləş üzrə Avropa Çempionatı isə Bakıda təşkil olunub.
2004-cü il – Azərbaycanda sərbəst güləş üzrə Dünya Kuboku keçirilib.
2007-ci il – Azərbaycanda güləş üzrə dünya çempionatı keçirilib. Həmin mundialda o dövr üçün rekord sayda 92 ölkədən 797 idmançı Bakıda qələbə uğrunda mübarizə aparıb.
2010-cu il – Azərbaycanda güləş üzrə Avropa çempionatı keçirilib.
2012-ci il – Azərbaycanda sərbəst güləş üzrə növbəti Dünya Kuboku keçirilib.
2012-ci il – Bakıda yeniyetmə güləşçilərin dünya çempionatı keçirilib.
2022-ci il – Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku təşkil edilib.
2024-cü il – Azərbaycanda ilk dəfə Olimpiadaya lisenziya qazandıran Avropa Olimpiya Təsnifat turniri keçirilib.
2024-cü il – Azərbaycanda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçirilib.
Əsas uğurlar
Olimpiya Oyunları 1996-2024-cü illər – Azərbaycan idmançılarının iştirak etdiyi son 8 Olimpiya Oyunlarınlarında güləşdə 28 medal qazanılıb.
2012-ci ildə Londonda keçirilən Olimpiada medalların əyarına görə, Azərbaycan güləşinin ən uğurlu Olimpiya Oyunları sayılır.
2016-cı ildə Rio de Janeyroda keçirilən Olimpiada medalların sayına görə, Azərbaycan güləşinin ən uğurlu Olimpiya Oyunlarıdır. İlYarışın adı Qızıl Gümüş BürüncCəmi2024 Fransa00332020 Yaponiya01232016 Braziliya03692012 Böyük Britaniya22372008 Çin01232004 Yunanıstan10012000100119960101CƏMİ481628
Dünya Çempionatları 1993-2024–cü illərdə Azərbaycan güləşçiləri böyüklər arasında dünya çempionatlarında 95 medal qazanıblar.
2009-cu ildə Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatında rekord nəticə qeydə alınıb. Həmin yarışda güləşçilər 10 (3 qızıl, 4 gümüş, 3 bürünc) medal qazanıb.
2009-cu ildə sərbəst güləş üzrə ən yaxşı nəticə qeydə alınıb. Danimarkada güləş üzrə Azərbaycanın milli komandası dünya ikincisi olub.
2009-cu ildə qadın güləşi üzrə Azərbaycanın milli komandası komanda hesabında dünya çempionu olub.
2023 və 2024-cü illərdə keçirilən dünya çempionatlarında yunan-Roma güləşi üzrə Azərbaycanın milli komandası komanda hesabında dünya çempionu olub. İlYarışın adı Qızıl Gümüş BürüncCəmi1994 Türkiyə0103 Finlandiya0201998 İran01012002 İran0102 Rusiya1200310012006 Çin01122007 Azərbaycan10122008 Yaponiya00112009 Danimarka343102010 Rusiya22372011 Türkiyə21582013 Macarıstan02242014 Özbəkistan1337201524282016 Macarıstan00222017 Fransa10232018 Macarıstan12252019 Qazaxıstan13262021 Norveç11462022 Serbiya11572023 Serbiya25-72024 Albaniya3 - -32025 Xorvatiya1258CƏMİ233743103
Avropa çempionatları 1993-2024-cü illərdə Azərbaycan güləşçiləri böyüklər arasında Avropa çempionatlarında 229 medal qazanıb.
2010-cu ildə Bakıda keçirilən Avropa çempionatı medalların əyarına görə, Azərbaycan güləşçilərinin ən uğurlu nəticəsidir.
2018-ci ildə Kaspiyskdə keçirilən Avropa çempionatı medalların sayına görə, Azərbaycan güləşçilərinin ən uğurlu nəticəsidir.
Sərbəst güləş üzrə Azərbaycan yığması 5 dəfə (2009, 2017, 2022, 2023, 2025) komanda hesabında Avropa çempionu olub.
Yunan-Roma güləşi üzrə Azərbaycanın milli komandası 2 dəfə (2022, 2025) Avropa çempionu olub. İlYarışın adı Qızıl Gümüş BürüncCəmi1993 Türkiyə12031994 İtaliya10011995 İsveçrə20131996 Macarıstan10231997 Polşa01011998 Belarus01011999 Bolqarıstan00112002 Azərbaycan11132003 Latviya10012004 Türkiyə00112005 Bolqarıstan11022006 Rusiya01232007 Bolqarıstan10122008 Finlandiya11462009 Litva52292010 Azərbaycan721102011 Almaniya608142012 Serbiya20462013 Gürcüstan01672014 Finlandiya352102015 Azərbaycan627152016 Latviya22482017 Serbiya23382018 Rusiya459182019 Rumıniya427132020 İtaliya229132021 Polşa12582022 Macarıstan367162023 Xorvatiya563142024 Rumıniya538162025 Slovakiya42713CƏMİ7153105229
Dünya Kuboku Azərbaycan güləş yığmaları 3 dəfə Dünya Kubokuna sahib olub.
2004-cü ildə Bakıda keçirilən yarışda finalda Rusiya yığmasına qalib gələn sərbəst güləş üzrə milli komanda kuboka sahib çıxıb.
2009-cu ildə Sərbəst güləşçilər İranda keçirilən Dünya Kubokunun finalında isə yerli komandaya qalib gələrək 2-ci dəfə kuboka sahib çıxıb.
2015-ci ildə Tehranda keçirilən yarışda finalda Yunan-Roma güləşi üzrə milli Rusiya yığmasına qalib gələrək Dünya Kubokuna sahib çıxıb.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı Azərbaycan Güləş Federasiyası sosial şəbəkələrdə: Facebook Instagram Tiktok Youtube Twitter Güləş Kateqoriya:Azərbaycanda güləş Kateqoriya:Azərbaycan Güləş Federasiyası