Hovannes (doğum və ölüm tarixləri bilinmir) – Xaçın knyazı. Səhl ibn Sunbatın böyük oğlu və varisi.Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 55—56 838-ci ildə atası Səhl ibn Smbat tərəfindən tutulmuş Babək Xürrəmini ərəblərə təhvil vermişdir. Onun adından yazılmış və 853-cü ilə aid edilən kitabə dövrümüzə çatmışdır.Свод армянских надписей, пр. 5, 1982, с. 12 Bir müddət sonra Hovannes və qardaşı Atrnerseh (ərəb dilli mənbələrdə Adərnərsə) Ərəb Xilafətinə xəyanətdə günahlandırılaraq Babəkin edam edildiyi Samirə şəhərinə aparılmışlar. Samirədən yalnız Atrnerseh qayıtmış və hakimiyyəti ələ almışdır. Bəzi mənbələrdə Səhl ibn Sunbatın varisinin kiçik oğlu Atrnerseh olduğu qeyd edilir.Армянская советская энциклопедия. — Ер., 1980. — Т. 10. — С. 141.

İstinadlar

Həmçinin bax

Xaçın knyazlığı Artsak

Xarici keçidlər

Kateqoriya:Xaçın knyazlığı Kateqoriya:Xaçın knyazları Kateqoriya:Arranşahlar