1947-ci ilin əvvəlində ABŞ Sakit okeanda əvvəllər yapon nəzarəti altında olan adaların (Karolin, Marian, Marşall) ona verilməsini xahiş etdi. Lakin BMT Təhlükəsizlik Şurası bu ərazilərin özünüidarəetmə istiqamətində inkişafı haqqında düzəlişləri qəbul etdi.

1947-ci il iyulun 11-də Uzaq Şərq Komissiyası Yaponiya ilə sülh müqaviləsini tərtib etmək üçün 11 dövlətdən ibarət müşavirənin çağırılması təklifini irəli sürdülər. 1949-cu ildə Kanberra görüşündə bu tələb təsdiq olundu.

1951-ci ilin yanvarında Dalles Tokioya gələrək Yaponiya hökuməti ilə danışıqlara başladı. Mart ayında hazırlanmış Amerika-Yaponiya birgə layihəsi regionda ABŞ-İngiltərə əməkdaşlığını nəzərə alırdı.

İyulun 20-də İngiltərə və ABŞ Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün San-Fransiskoda müşavirə keçirilməsini təklif etdilər. 1951-ci ilin sentyabrında keçirilən bu müşavirədə 52 dövlət iştirak etdi. Müqavilənin imzalanması mərasimində SSRİ, Polşa və Çexoslovakiya iştirak etmədilər. Müqaviləyə görə:

Yapon xalqının Yaponiya üzərində tam suverenliyini tanıyan iştirakçılarla bu ölkə arasında müharibə dayandırıldı. Yaponiya Kuril, Cənubi Saxalin, Tayvan, Penxuledao, Spratli, Paraselsk adalarına olan iddialarından imtina etdi. Bonin, Ryukyu, Rozario, Volkano, Pares, Vela Markus və Dayto kimi yapon adaları ABŞ-nin idarəsinə verildi. Amerika qoşunları Yaponiyada qeyri-müəyyən vaxta qədər qalmalı idi.

Bu müqavilənin imzalanmasından 5 saat sonra Amerika və Yaponiya təhlükəsizliyə dair müqavilə imzaladılar. Bu müqaviləyə görə, ABŞ-nin Yaponiyada öz qüvvələrini yerləşdirmək səlahiyyəti təsdiq olunurdu.

1956-cı ilin oktyabrında SSRİ ilə Yaponiya arasında da müqavilə imzalandı. Onun qətnaməsinə görə, bu iki dövlət arasında müharibə dayanmalı və diplomatik münasibətlər bərpa olunmalı idi. SSRİ əsir düşmüş yapon əsgərlərini azad etmək və Yaponiyanın BMT-yə daxil olmasını dəstəkləmək vədini verdi.

Həmçinin bax

İstinadlar

Mənbə Из заявления первого заместителя министра иностранных дел СССР А. А. Громыко на пресс-конференции в Сан-Франциско

Xarici keçidlər

Kateqoriya:ABŞ–Yaponiya münasibətləri Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Argentinanın müqavilələri Kateqoriya:Avstraliyanın müqavilələri Kateqoriya:Liberiyanın müqavilələri Kateqoriya:Livanın müqavilələri Kateqoriya:Braziliyanın müqavilələri Kateqoriya:Lüksemburqun müqavilələri Kateqoriya:Belçikanın müqavilələri Kateqoriya:Boliviyanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Çilinin müqavilələri Kateqoriya:Dominikan Respublikasının müqavilələri Kateqoriya:Ekvadorun müqavilələri Kateqoriya:Filippinin müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:Haitinin müqavilələri Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:8 sentyabrdakı hadisələr Kateqoriya:Cənubi Kuril adaları Kateqoriya:Hondurasın müqavilələri Kateqoriya:İkinci Dünya müharibəsindən sonra Kateqoriya:İkinci Dünya müharibəsinin müqavilələri Kateqoriya:İndoneziyanın müqavilələri Kateqoriya:İranın müqavilələri Kateqoriya:Kanadanın müqavilələri Kateqoriya:Kolumbiyanın müqavilələri Kateqoriya:Kosta-Rikanın müqavilələri Kateqoriya:Kubanın müqavilələri Kateqoriya:Qvatemalanın müqavilələri Kateqoriya:Meksikanın müqavilələri Kateqoriya:Niderlandın müqavilələri Kateqoriya:Nikaraquanın müqavilələri Kateqoriya:Norveçin müqavilələri Kateqoriya:Panamanın müqavilələri Kateqoriya:Paraqvayın müqavilələri Kateqoriya:Perunun müqavilələri Kateqoriya:Salvadorun müqavilələri Kateqoriya:SSRİ–Yaponiya münasibətləri Kateqoriya:Sülh müqavilələri Kateqoriya:Şova dövrü Kateqoriya:Türkiyənin müqavilələri Kateqoriya:Uruqvayın müqavilələri Kateqoriya:Venesuelanın müqavilələri Kateqoriya:Yaponiyanın müqavilələri Kateqoriya:Yeni Zelandiyanın müqavilələri Kateqoriya:Yunanıstanın müqavilələri Kateqoriya:İraqın müqavilələri