Büzdüm kələfi — V oma və büzdüm sinirinin ön şaxələrindən (S5-Co) əmələ gəlir. Kələf büzdüm əzələsi ilə oma-tin bağının önündə yerləşmişdir və oma kələfi ilə rabitədədir. Büzdüm kələfi özündən adlanan bir neçə şaxələr verir. Bu şaxələr büzdüm əzələsinin önü ilə əvvəlcə aşağı gedir, sonra arxaya keçərək büzdüm sinirinin dal şaxəsi ilə birlikdə büzdüm nahiyəsinin dərisini innervasiya edir. Kələfdən eyni zamanda bir neçə əzələ şaxəsi çıxaraq büzdüm əzələsini, anusu qaldıran əzələni innervasiya edir.
İstinadlar
Kateqoriya:Periferik sinir sistemi Kateqoriya:Aşağı ətraf sinirləri