Azərbaycanın Təbriz Baş Konsulluğu — Azərbaycan Respublikasının İranın Təbriz şəhərindəki siyasi və diplomatik nümayəndəliyi.
Tarixi Azərbaycanın Təbriz Baş Konsulluğunun yaranma tarixi 1992-ci il avqustun 19-dan başlayır. Həmin gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrə əsaslanaraq, iki dövlət arasında Təbriz və Naxçıvan şəhərlərində Baş konsulluqların təsis edilməsi haqqında protokol imzalanmışdır"İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikası Baş konsulluğunun təsis edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 26 avqust 1992-ci il tarixli, 294 nömrəli Qərarı .
Baş konsul Əli Fikrət oğlu Əlizadə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunmuşdur.
Yeri Konsulluğun binası Təbriz şəhərindəki Arif xiyabanında yerləşir.
İstinadlar
Həmçinin bax Azərbaycanın İran səfirliyi İranın Naxçıvan Baş Konsulluğu
Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri