Nərgiz — Bəstəkar Müslüm Maqomayevin Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazdığı opera.
Tarixçə Bəstəkar əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyə görə operanın üzərində işləri başa çatdıra bilmədi. 1937-ci ildə müəllif vəfat etdi və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qliyerə tapşırılır. Libretto müəllifi Məmməd Səid Ordubadidir. Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi.
"Nərgiz" operasının premyerası 1935-ci ilin dekabrın 24-də oldu. Quruluşçu rejissor A. Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz), H. Hacıbabayev (Əliyar), Y. Rzayev (Cəfər), M. Bağırov (Ağalar bəy), B. Mustafayev (Həsən kişi), H. Hüseynov (Bədəl), Ə. Zülalov (Molla Mütəllim).
Məzmun Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur.
Mənbə L. Şirinova — Azərbaycanın görkəmli şəxsiyyətləri. Müslüm Maqomayev. Biblioqrafiya Musiqişünas Səadət Təhmirazqızı — Üzeyir bəyin sənət dostu, məsləkdaşı: Müslüm Maqomayev Firəngiz Əlizadə: "Təəssüf edirəm ki, "Nərgiz" operası hazırda səhnəyə qoyulmur" Üzeyir Hacıbəyov Müslüm Maqomayevin "Nərgiz" operası haqqında Əfrasiyab Bədəlbəyli Müslüm Maqomayevin "Nərgiz" operası haqqında
Video Sona Aslanova — "Nərgiz" operasından Nərgizin ariyası Ramil Qasımov — "Nərgiz" operasından Əliyarın ariyası Rəşid Behbudov — "Nərgiz" operasından Çobanın ariyası rus dilində
Həmçinin bax Şah İsmayıl (opera)
İstinadlar
Kateqoriya:Müslüm Maqomayevin operaları Kateqoriya:Azərbaycan dilində operalar Kateqoriya:Azərbaycanda opera Kateqoriya:1935-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan haqqında operalar