Lerik Uzunömürlülər Muzeyi — Lerikdə muzey.
Muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünya üzrə yeganə muzeydir.
Muzeydə 168 (iddia) və ya 86 yaşlı (maksimum) Şirəli Müslümov, 150 (iddia) və ya 90 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqında foto guşələr və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. Lerikdə yaşayan uzunömürlülər çox yaşamalarının sirrini təmiz dağ havası, təmiz və keyfiyyətli qida məhsulları,müxtəlif növ dağ bitkiləri, stres və əsəbdən uzaq olmaları və çox hərəkətdə olmaqla əlaqələndirirlər. Çox yaşamaqda genetik faktorların rolu böyükdür. Məsələn, Bilaband kəndində: Əbdül Heydərov (130 yaş),Canəli Heydərov və Əlif Heydərov(1898-ci il təvüllüdlü), Nənni Məmmədova (1910-2011) kimi şəxsləri misal göstrəmək olar.
Muzeyə Hollandiyadan, Almaniyadan, Fransadan, Rusiyadan, Koreyadan, Macarıstandan, Böyük Britaniyadan və s. ölkələrdən xarici qonaqlar təşrif buyurur.
Həmçinin bax
Azərbaycan uzunömürlülərinin siyahısı
Xarici keçidlər
Kateqoriya:Azərbaycan muzeyləri Kateqoriya:Lerik Kateqoriya:Uzunömürlülər Kateqoriya:1991-ci ildə yaradılmış muzeylər Kateqoriya:Əlifba sırasına görə muzeylər