Azərbaycan Ali Sovetinin Milli Şurası — 1991-ci il avqustun 30-da Azərbaycanın Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyinin bərpası" haqqında Bəyannamənin qəbul edilməsi ilə əlaqədar olaraq, Azərbaycanın tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə elan olunmuş müvəqqəti dövrdə yaradılmış dövlət qurumu.
1991-ci il noyabrın 26-da XII çağırış Azərbaycan Ali Sovetinin 340 xalq deputatından 50 xalq deputatı paritet əsaslarla Azərbaycan Ali Sovetinin Milli Şurasının üzvü seçilmişdir. 50 xalq deputatından 25-i "komblok"un, 25-i isə "demblok"un nümayəndəsi idi.
Yaranması Azərbaycana Rusiyanın düşməncəsinə münasibəti, Sovet İttifaqının dağılması, erməni təcavüzü, iqtisadiyyatda böhranlar, regionlarda sabitliyin laxması, müxalif qüvvələrin nüfuz toplaması, vəzifə tutanların rəhbər vəzifələrə sahib olmaq cəhdləri, bir sıra ziyalıların mövcud hadisələrə laqeydliyi və digər məsələlər Azərbaycanı xaosa aparırdı. Siyasi-ictimai, iqtisadi durum idarəolunmaz vəziyyətə düşdüşdü və gələcəyi də bəlli deyildi. Azərbaycan Xalq Cəbhəsi (AXC) iqtidarı Azərbaycanın zəifləşmiş və sözəbaxan başçılarından almaq naminə bütün üsulalrdan asanlıqla istifadə edirdi.
Həmin dövrdə çox dəbdə olan "blok" sözü artırılmaqla, "Kommunist Bloku" ("komblok") və "Müstəqil Azərbaycan" Demokratik Bloku ("demblok") adlandırılan qüvvələrdə ziddiyyət mövcud idi. "Komblok" iqtidarda olduğu üçün öz ömrünü uzada ilən yollar axtarır, bəzi yerli-yersiz islahatlar aparır, müxalifət nümayəndələri ilə açıq və gizli görüşlər aparır, bir çox hallarda "demblok"a sərfəli olan güzəştlərə gedirdi.
Müxalifətdə olanlar mitinq, tətil, bəyanat, məqalə və çıxışları ilə iqtidara hədə-qorxu gəlir, əsasən də məqsədlərinə nail ola bilirdilər. Müxalifətdə olanlar bütün dövlət və digər idarəetmə orqanlarında, təhsil müəssisələrində və din xadimləri arasında özlərinə tərəfdar taparaq onların vasitəsilə tələblərinə nail olurdular.
Səlahiyyətləri Azərbaycan Ali Sovetinin aşağıda olan səlaihyyətləri istisna olmaqla, qalan bütün səlahiyyətləri Azərbaycan Ali Sovetinin Milli Şurasına verilmişdir:
Azərbaycanın Konstitusiyasını qəbul edir, Azərbaycan Prezidentinin səlahiyyətlərini müəyyən edir, Azərbaycan Prezidentinin vəzifədən azad edilməsi haqqında məsələ qaldırı, Azərbaycan Prezidenti seçimlərinin və Azərbaycan xalq deputatları seçimlərinin vaxtını müəyyən edir, Azərbaycanın Konstitusiya Məhkəməsini seçir, Azərbaycan Prezidentinin təqdimi üzrə Azərbaycanın Nazirlər Kabinetini təşkil edir.
Fəaliyyəti Heç bir reqlamenti, təlimatı, nizamnaməsi və iş fəaliyyətini tənzimləyən digər bir sənədi olmayan Milli Şura 1991-ci il noyabrı ayının 29-da özünün birinci iclasını başladı. Milli Şura birinci iclasda öz işinin təşkilinə dair heç bir məsələyə baxmamışdır. Birinci iclasda həmin dövr üçün vacib sayılan Rusiya danışıqları haqqında Prezidentin müşaviri Rasim Musabəyovun məlumatı dinlənildi.
Siyahı 26 noyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin 340 xalq deputatından 50 xalq deputatı Azərbaycan Ali Sovetinin Milli Şurasının üzvü seçilmişdir.
Azərbaycan Ali Sovetinin Milli Şurası center|400x400px|alt= Demokratik Blok • Kommunist Blok DeputatBlokDairəAli Sovetdə vəzifəsiFəaliyyəti<center>Afiyəddin Cəlil oğlu Cəlilov (1946–1994)<center>KOMBLOKAzərbaycan Ali Sovetinin üzvü<center>Arif Mustafa oğlu Hacıyev (1962—)<center>DEMBLOK<center>Arif Qafar oğlu Rəhimzadə (1942—)<center>KOMBLOK<center>Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925–2010)<center>DEMBLOK<center>Cümşüd Qurban oğlu Nuriyev (1955—)<center>DEMBLOK<center>Elmira Mikayıl qızı Qafarova (1934–1993)<center>KOMBLOK<center>Etibar Səlidar oğlu Məmmədov (1955—)<center>DEMBLOK<center>Ədalət Vilayət oğlu Rəhimov (1938–2004)<center>DEMBLOK<center>Fərrux Məmmədnəbi oğlu Zeynalov (1942—)<center>KOMBLOK<center>Firudin Ağası oğlu Cəlilov (1948—)<center>DEMBLOK<center>Füzuli Məmmədəli oğlu Axundov (19—)<center>DEMBLOK<center>Hacıbaba Sadıq oğlu Əzimov (1938—)<center>DEMBLOK<center>Hicran Vasif oğlu Kərimli (1963–2021)<center>KOMBLOK<center>İbrahim Məşədi Hilal oğlu İbrahimov (1952–2021)<center>DEMBLOK<center>İnqilab Adil oğlu Nadirov (19—)<center>KOMBLOK<center>İsa Yunis oğlu Qəmbər (1958—)<center>DEMBLOK<center>İsmayıl Qəhrəman oğlu Şıxlı (1920–1995)<center>KOMBLOK<center>İxtiyar Əlibaba oğlu Şirinov (1952—)<center>DEMBLOK<center>Kamran Həbib oğlu Rəhimov (1928–2007)<center>KOMBLOK<center>Məryəm Daməd qızı Həsənova (1938–2018)<center>DEMBLOK<center>Mətləb Əzizulla oğlu Mütəllimov (19—)<center>DEMBLOK<center>Mirmahmud Mirəli oğlu Fəttayev (1956—)<center>DEMBLOK<center>Mürşüd Əsəd oğlu Məmmədov (1940–2006)<center>DEMBLOK<center>Mürvət Nurəli oğlu Əliyev (19—)<center>KOMBLOK<center>Nadir Xudaverdi oğlu Mehdiyev (19—)<center>KOMBLOK<center>Nəcəf Adil oğlu Nəcəfov (1955–1999)<center>DEMBLOK<center>Ramiz Məmmədəli oğlu Fətəliyev (1946—)<center>DEMBLOK<center>Rauf Əbdüləli oğlu İsmayılov (19—)<center>KOMBLOK<center>Rəhim Həsən oğlu Qazıyev (1944—)<center>DEMBLOK<center>Sabir Xudu oğlu Rüstəxanlı (1946—)<center>DEMBLOK<center>Səlvər Rza oğlu Aslanov (1930–2011)<center>KOMBLOK<center>Sultan İsrafil oğlu Məmmədov (19—)<center>KOMBLOK<center>Sülhəddin Bayram oğlu Əkbərov (1960—)<center>DEMBLOK<center>Şadman Bəhlul oğlu Hüseynov (1945–2004)<center>DEMBLOK<center>Şaitdin Sərdar oğlu Əliyev (1948—)<center>KOMBLOK<center>Şirin Qasım oğlu Hacı Kərimov (19—)<center>KOMBLOK<center>Tahir Yunis oğlu Əliyev (1952—)<center>DEMBLOKAzərbaycan Müdafiə Şurasının üzvü<center>Tamerlan Yelmar oğlu Qarayev (1952—)<center>DEMBLOKAzərbaycan Ali Soveti sədrinin müavini<center>Tapdıq Cəlal oğlu Kamalov (1940—)<center>KOMBLOKLenin rayonu Sovetinin üzvü<center>Telman Fərzəli oğlu Əliyev (19—)<center>KOMBLOKSuraxanı rayonu Sovetinin üzvü<center>Tofiq Müseyib oğlu Əzizov (1932–1998)<center>KOMBLOK"Nord" Elm-İstehsalat Birliyinin baş direktoru<center>Tofiq Qasım oğlu Köçərli (1930–2008)<center>KOMBLOKSosial İdarəetm və Politologiya İnstitutunun professoru<center>Tofiq Tağı oğlu Rüstəmov (1936–1998)<center>KOMBLOK"Xalq" qəzetinin baş redaktoru<center>Tofiq Məsim oğlu Qasımov (1938–2020)<center>DEMBLOKAzərbaycan EA Fizika İnstitutunun elmi işçisi<center>Vahid Qazıməmməd oğlu Əhmədov (1948—)<center>KOMBLOK"BakıNeftMaş" İstehsalat Birliyinin baş direktoru<center>Vladimir Vasili oğlu Timoşenko (1942—)<center>KOMBLOKHərbi qulluqçu<center>Xanlar Əliş oğlu Məmmədov (1940–2002)<center>KOMBLOKLaçın rayonunun icra başçısı<center>Xeyrulla Salman oğlu Əliyev (1932—)<center>KOMBLOKAzərbaycan Ali Sovetinin üzvü<center>Yusif Səməd oğlu Vəkilov (1935–1998)<center>DEMBLOK"Azərbaycan" jurnalının baş redaktoru<center>Ziyad Əliabbas oğlu Səmədzadə (1940—)<center>KOMBLOKAzərbaycan Ali Soveti sədrinin birinci müavini
Qeydlər
Mənbələr
İstinadlar
Kateqoriya:Azərbaycan parlamenti