Gecəyarı günəşi () — yazıçı Stefani Mayerin 2005-ci ildə yazdığı Alatoran romanının 2020-ci ildə nəşr olunan kompanion romanıdır. Əsərdə Alatorandakı hadisələr Bella Svon yox Edvard Kallenin dilindən nəql edir.StephenieMeyer.com | Twilight series | Other Projects. Archived from the original on October 5, 2008. Meyer bildirmişdirki Alatoran Edvardın dilindən yazmağı istədiyi yeganə kitabdır. Edvard obrazının yaxşı dərk edilməsi üçün çəkilişlər zamanı Meyer Alatoranın rejissoru Ketrin Hardvik və Edvardı canlandıran Robert Pattinsona romanın hələ o vaxt tamamlanmış bəzi hissələrini oxumaq üçün vermişdi. Roman 4 avqust 2020-ci ildə nəşr olundu."GuardianAug13" Nəşrdən əvvəlki tarix 28 Avqust 2008-ci ildə Meyer internetdə tamamlanmamış on iki fəslin sızmasından sonra romanın yazısını dayandırdı. O, "Əgər indi Gecəyarı günəşi yazmağa çalışsaydım, indiki düşüncəmə əsasən Ceyms çox güman ki, qalib gələcək və bütün Kallenlər öləcəkdi ki, bu da orijinal hekayəyə uyğun gəlməyəcəkdi.name=midnight Buna görə də baş verənlərlə əlaqədər pis oldum və romanı hələlik təxirə saldım." O, sızmış on iki hissədən ibarət qaralama hekayəni öz veb saytında yayımladı.StephenieMeyer.com | Twilight series | Midnight Sun partial draft. Archived from the original on January 6, 2009. Meyer sızmanın pis məqsədlə olduğuna inanmadığını və ad verməyəcəyini bildirdi.name=midnight
2008-ci ilin noyabr ayında verdiyi müsahibədə Meyer, "Çox mürəkkəb məsələdi, çünki hamı oturub mühakimə edə bilir. Yalnız özümü tək hiss edəndə yaza bilərəm. Hal hazırda isə tək hiss etmirəm."" Yazıçı iki il ərzində Gecəyarı günəşi haqqında eşitməməli olduğunu bildirdi və düşündü ki, yalnız hər kəs bu barədə unutduqdan sonra roman üzərində işləyə bilər.name=midnight
2015-ci ildə Həyat və ölüm: Yenidən təsəvvür edilmiş alatoran-ın yayımlanmasından sonra Meyer romanı davam etmək üçün rahat olduğunu bildirdi, lakin 2015-ci ildə Comic-Con panelində dedi ki,:"Nə fikirləşirsiniz, Yahoo-da səhər top hekayə nə idi? Qrey". O bununla Qrey: Kristian tərəfindən danışılan bozun əlli çaları-na istinad edirdi, hansı ki, roman subtitrində qeyd edildiyi kimi Bozun əlli çaları-na Kristian Qreyin gözü ilə baxmaq. Meyer dedi ki,: "Bu mənim üçün masanın dərgal çevrilməsi anı idi." Lakin kitab gözləmədə qaldı. 2020-ci ildə Meyer kitabin həmin ilin 4 avqust tarixində yayımlanacağını bildirdi.
İstinadlar
Xarici keçidlər Midnight Sun Partial Draft. Archived 6 yanvar 2009-cu ildəki originaldan
Kateqoriya:Alatoran Kateqoriya:Stefani Mayerin romanları Kateqoriya:2008-ci ilin romanları Kateqoriya:2020-ci ilin romanları