Qızılağac körfəzi — Xəzər dənizində Azərbaycan Respublikasının cənub şərqində yerləşən, sahəsi 460 km²,uzunluğu 28 km, dərinliyi 2 m olan körfəz.

Köcəri su quşların qışladığı bu su hövzəsində Qızılağac Dövlət Təbiət Qoruğu yerləşir.

Körfəz ilk dəfə 1720-ci ildə xəritəyə salınmış və ona tökülən eyniadlı çayın (Qızılağacçay) adına münasib Qızılağac körfəzi adlandırılmışdır.

1935-ci ildə körfəz kommunist Sergey Kirovun şərəfinə adlandırılmış, 1991-ci ildə yenidən əzəli adı ona qaytarılmışdır. Qafqazın topoqrafik lüğəti, Qızılağac

Fauna Qızılağac qoruğu köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa köçüb gəlirlər. Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır. 30px|Nərə 30px|Siyənək 40px|Ağ balıq 30px|Kütüm 30px|Qartal 30px|Qızılqaz 30px|Cüllüt 30px|Durna 30px|Qaşqaldaq 30px|Qutan 30px|Çəhrayı qutan 30px|Turac 30px|Fısıldayan ququşu 30px|Qırmızıdöş qaz 30px|Qara leylək 30px|Tülkü 30px|Ceyran 30px|Canavar Suiti 30px|Çöl donuzu

Həmçinin bax Qızılağac Dövlət Təbiət Qoruğu Kür Dili Viləşçay

İstinadlar

Xarici keçidlər İnstitut: Qızılağac körfəzinin ekoloji vəziyyəti pisləşib, sahil zonaları tullantılarla çirkləndirilib

Kateqoriya:Xəzər dənizi körfəzləri Kateqoriya:Azərbaycan körfəzləri