İran azərbaycanlıları, cənubi azərbaycanlılar, İran türkləri, İran azəriləri və ya cənubi (güney) Azərbaycan türkləri (; ) — İranda yaşayan və Azərbaycan dilini özlərinin ana dili olaraq danışan türk xalqı. Onlar Şimali Azərbaycanda yaşayan azərbaycanlılarla eyni etnik qrup hesab edilirlər və İrandakı Türkdilli xalqlarından birini təşkil edirlər.

İran azərbaycanlıları özlərinin doğma bölgəsi olan İran Azərbaycanında və ya Cənubi Azərbaycanda yaşayırlar. Buraya Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Qərbi Azərbaycan ostanları daxildir. Bu ostanlarda onlar əhalinin mütləq əksəriyyətini təşkil etsələr də, habelə Kürdüstan, Qəzvin, Həmədan, Gilan, Mərkəzi və Kirmanşah ostanlarında da kütləvi şəkildə yaşamaqdadırlar. Həmçinin onlardan xeyli sayda insan Tehranda, Kərəcdə və digər yerlərdə də yaşamaqdadır.

İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. Cənubi azərbaycanlılar sayı müxtəlif mənbələrə görə 35–40 milyondur. Bu isə İran əhalisinin 42% — 46%-ni təşkil edir.

Demoqrafik göstəricilər İran Orta Şərqdəki bir çox digər dövlət kimi çoxmillətli bir dövlətdir. Ölkədə yaşayan etnik azlıqların dəqiq sayı bilinməməklə birlikdə, ehtimal edilir ki, ölkənin titul etnosu olanfarslar ölkə əhalisinin yarısından bir az çoxunu təşkil edirlər. Say etibarilə farslardan sonra ən çox yayılmış etnos azərbaycanlılardır. Onlar İran Azərbaycanından (Cənubi Azərbaycan nəzərdə tutulur) başqa, digər 4 ostanda yaşamaqdadırlar. Buraya Əfşarlar, Qaragözlülər, Şahsevənlər və Baharlılar da daxil olmaqla Həmədan ostanı, Qəzvin, Mərkəzi və Kürdüstan ostanları daxildir. Mərkəzi ostanda yaşayan azərbaycanlılar Komican, Xondab, Savə, Zərəndiyə, Şazənd və Fərahan şəhristanlarının müxtəlif bölgələrində və kəndlərində yaşayırlar. Kürdüstan ostanında yaşayan azərbaycanlılar əsasən Qürvə ətrafındakı kəndlərdə yaşamaqdadırlar.

Bundan başqa, tarix boyunca xeyli sayda azərbaycanlı İranın mərkəzi bölgələrinə köç etmiş, əsasən Tehran, Qum və Kərəcdə məskunlaşmışdır. Onların köç bölgələrinə hətta İranın şərq qurtaracağı olan Xorasan da daxildir. Mühacir Azərbaycan icmaları təkcə şəhər və sənaye fəhlə sinifləri arasında deyil, həm də ticarət, inzibati, siyasi, dini və intellektual dairələrdə görkəmli şəxslərlə təmsil olunub.

Erməni iranşünas olan Viktoriya Arakelova bildirir ki, Sovet İttifaqı dağıldıqdan sonra İrandakı azərbaycanlıların sayını hesablamaq siyasi səbəblərə görə çətinləşmişdir. O, 1990-cı illərin əvvəllərindəhəm Rusiya, həm də Qərb hesabatlarında, akademik nəşrlərində onların sayının əsasən 30 milyon hesab edildiyini bildirir. Bu zaman İran əhalisinin sayı cəmi 60 milyon idi və bu hesablamalarla əhalinin yarısı azərbaycanlı idi. O, əlavə edir ki, vaxt keçdikcə bu hesablamalar dəyişdi və 2000-ci illər boyunca bu rəqəmlər 20 milyona endirildi.

Dəqiq rəqəmlər bəlli olmasa da, Tehran şəhərinin 25 faizinin, Tehran ostanının isə 30.3Milli Biblioqrafiya Nömrəsi: 2887141 / ölkənin mədəniyyət göstəricilərini nəzərdən keçirilməsi və qiymətləndirilməsi {report}: Tehran ostanı / İcraçı Direktorun əmri ilə Ümumi Şura planlaşdırma və siyasətdən məsuldur: Mənsur Vaezi – * Nəşr statusu: Tehran – Institute Press book, 1391=-də nəşr edilin * appearance: 296 p: table (the color), diagrams (colored part)-33 faizinin azərbaycanlılardan ibarət olduğu təxmin edilir. Tehran ostanına daxil olan bütün məntəqələrdə azərbaycanlılar yaşamaqdadır. Beləliklə, onlar Tehran şəhərində və ostanında farslardan sonra sayları ən çox olan ikinci etnosdurlar. Bəzi qaynaqlara görə, Tehran şəhəri əhalisinin 1/3 hissəsinin azərbaycanlılardan təşkil edildiyi iddia edilməkdədir.

Britannica Ensiklopediyasına görə, XXI əsrin əvvəllərində İrandakı azərbaycanlıların sayı təxminən 15 milyon olmuşdur. Rasmus Kristian Elling öz kitabında CIA Factbook və US Library Congressə istinad edərək, onların sayının 12–18 milyon və ya 16–24 faiz arasında dəyişə biləcəyini ehtimal etməklə birlikdə, məsələnin çox qarışıq olduğunu da qeyd edir. Brenda Şaffer hələ 2002-ci ildə İrandakı azərbaycanlıların sayının 27 milyon olduğunu bildirir. İranda əhalinin hesablanması kimliklə bağlı məsələlərdə dini aidiyyətları üstün tutur və şiə olanların hamısını eyni kimlik kimi qəbul edir. Buna görə də, azərbaycanlıların sayı ilə bağlı dəqiq rəsmi məlumat yoxdur, lakin bəzi nüanslar da bir neçə rəsmi şəxslərin rəqəm iddiaları olmuşdur. Məsələn, keçmiş XİN Əli Əkbər Salehi 2012-ci ildə Türkiyə ilə İranın mədəni yaxınlığından bəhs edərkən bildirmişdi ki, İranın 40 faizi Azərbaycanca danışmaqdadır. Beləliklə, 2019-cu ildə , İran əhalisinin 83 milyon olduğunu nəzərə alınsa, ümumi türkdillilərin sayının Əli Əkbər Salehiyə görə 33 milyon olduğunu bildirmək mümkündür.

GAMOH-un rəhbəri Dr. Mahmud Çöhrəqanlı Vaşinqtondakı düşüncə mərkəzinə verdiyi müsahibə zamanı İrandakı azərbaycanlıların tarixi ilə bağlı məsələlər danışarkən bildirişdi ki, 70 il əvvələ qədər İranın ümumi əhalisinin 51.5 faizini azərbaycanlılar təşkil etmiş, keçən dövr ərzində onların sayının artmasına baxmayaraq, İran hakimiyyəti guya onların sayının azaldığını və 25 faizə gerilədiyini iddia etməkdədir. O, azərbaycanlıların sayının 32 milyon olduğuna və İranda çoxluğu təşkil etdiyinə inandığını bildirmişdir. O, bu rəqəmin Xəzər sahilində yaşayan türkmənlərin də hesablandığı təqdirdə 34 milyona qalxdığını, 32 milyon azərbaycanlının 20 milyonunun Cənubi Azərbaycanda, 10 milyonunun əhalisinin 70 faizinin azərbaycanlıların təşkil etdiyi Tehran ostanında yaşadığını iddia etmişdir. Bundan başqa, o, 2 milyon Qaşqay və yenə 2 milyon olmaqla Xorasan türkmənlərinin sayını da vurğulamışdır.

Subetnik qruplar İrandakı azərbaycanlıların müxtəlif subetnik qrupları mövcuddur. XIX əsrdə Şimali Azərbaycanla Cənubi Azərbaycanın ayrılmasından sonra cənubdakı subetnik qruplara şahsevənlər, qarapapaqlar, ayrumlar, bayatlar, qacarlar, qaradağilər və qaragözlülər daxil olmuşdur.

Tarix

Azərbaycanlıların bölünməsi 1804–1813 və 1826–1828-ci illərdə baş vermiş Rus-Qacar müharibələrindən sonra Qafqaz Qacar hakimiyyətindən (Qacarların Arazdan şimalda hakimiyyətləri çox zəif idi) çıxaraq Rusiya hakimiyyətinə girdi. İmzalanmış Gülüstan və Türkmənçay müqavilələri iki imperiyanın sərhədlərini müəyyənləşdirdi. Nəticədə azərbaycanlılar iki yerə parçalanmış vəziyyətə düşdülər. Buna görə də, xüsusən Türkmənçay müqaviləsi müasir azərbaycanlıların tarix yaddaşında mühüm yerə sahibdir. XX əsrin çox hissəsi boyunca bu müqavilə bir milləti iki yerə bölən hadisə kimi dəyərləndirilmişdir. Beləliklə, bu müqavilə nəticəsində bölünmüş sərhədlər əsasında Azərbaycan Respublikası yaranmış, yerdə qalan azərbaycanlıların isə müasir İranın tərkibində müxtəlif ostanlarda yaşamağa davam etmişdirlər.

Bu iki müharibə nəticəsində azərbaycanlılar iki yerə ayrılsalar da, onların arasında bu dövrün böyük bir hissəsində mədəni və iqtisadi əlaqələr öz mövcudluğunu qoruyub saxlamışdır. İran Azərbaycanında və Azərbaycan Respublikasında azərbaycanlılar hələ də eyni etnik qrup hesab edilirlər.

Ayrılığın mədəniyyətdə yeri Müharibənin bitməsindən sonra imzalanan Türkmənçay müqaviləsi XX və XXI əsr boyunca bir millətin ayrılığının simvolu halına gəlmişdir. Azərbaycan ədəbiyyatında xüsusi mövzuya çevrilən bir millətin ayrı düşməsinə onlarla əsər həsr edilmişdir. Bunlara Bəxtiyar Vahabzadənin Gülüstan poemasını, Süleyman Rüstəmin Təbrizim şerini, Sayman Aruzun Yüz il inqilab romanını, Yusif Vəzir Çəmənzəminlinin İki od arasında romanını, Xəlil Rza Ulutürkün əsərlərini misal göstərmək olar. Bir millətin ayrılığını musiqi sahəsində də göstərmək üçün bəstəkar Əli Səlimi 1958-ci ildə Fərhad İbrahiminin Ayrılıq şerinə musiqi bəstələmışdır. Şimali Azərbaycanda Cənubi Azərbaycan həsrətini simvollaşdırmaq üçün XX əsrin ortalarından etibarən kişi adı kimi Təbriz adı çox yayılmışdır. Xalq şairi və Azərbaycan azadlıq hərəkatının rəhbərlərindən biri olan Xəlil Rza Ulutürk də Qarabağ müharibəsində şəhid olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan oğluna Təbriz adı vermişdir. Türkmənçay müqaviləsinin imzalandığı gün hər il Şimali Azərbaycanda və Cənubi Azərbaycanda gizli və ya açıq şəkildə qeyd edilir.

Rus-Qacar müharibəsi (1826–1828) Bu müharibənin yükünün çox hissəsini Qaradağ bölgəsində yaşayan tayfalar çəkmişdilər. Sərhəd bölgəsində yaşayan bu tayfalar Qacar ordusunu həm döyüşçü ilə, həm də ərzaqla təmin etməkdə idilər. Müharibə ərəfəsində burada yaşayan tayfalar əsasən köçəri həyat sürməkdə idilər. Əsas tayfalara Çələbiyanlı (1500 çadırdan ibarət), Qaraçorlu (2500 çadırdan ibarət), Hacı Əlili (800 çadırdan ibarət), Bəydilli (200 tayfadan ibarət) və digər kiçik qruplar (500 çadırdan ibarət) obaları yaşamaqda idilər. Bu zaman Əhərdə 3500 sakin var idi və bura Qaradağın yeganə şəhəri idi. Hacı Əlililər sonrakı siyahı dəyişikliklərdə mühüm rol oynamışdırlar.

Məşrutə hərəkatı Məşrutə hərəkatı zamanı Təbriz 1907-ci ilin 8 yanvarında Məhəmmədəli şah Qacarın taxta çıxmasından sonra əsas döyüşlərin meydana çıxdığı yer idi. İnqilabçılara əslən Qaradağdan (Arasbaran) olan Səttar xan başçılıq etməkdə idi. Heydər xan Əmioğlu inqilabın meydana çıxmasında və inkişafında mühüm rol oynamışdır. Onun sayəsində ilk solçu düşüncələr ölkənin əsas siyasi cərəyanlarına təsir göstərməyə başlamışdır. Sonrakı təlatümlü illərdə Hacı Əlili tayfasının başçısı Əmir Ərşad konstitusiya tərəfdarlarını dəstəkləmiş, konstitusiya əleyhdarları olan Çələbiyanlı tayfasını məğlub etmişdir. İndidə bölgədə çox məşhur olan və qəhrəman kimi xatırlanan Əmir Ərşad kürd üsyançılara qarşı döyüşdə öldürülmüşdür. Əmir Ərşad İran Azərbaycanına hücum edib əhalini qarət edən kürd Simitqo tayfasını ağır şəkildə məğlub edib qovmuşdu. O, bütün İrandan kommunizmi qovan şəxs kimi qiymətləndirilir.

Sonradan sonuncu Qacar şahı olacaq Əhməd Mirzə Qacarın müəllimi olan rus zabit K.N. Smirnov hesabatlarında “farslarla azərbaycanlıların mənəvi cəhətdən fərqli olmalarını, sərt və dikbaş azərbaycanlıların farsları qorxaq , farsların isə azərbaycanlıları təkəbbürlü” hesab etdiklərini yazmışdır. Smirnovun qeyd etdiyi bir digər maraqlı məqam isə, onun Təbrizdəki üsyanın sonda Azərbaycanın İrandan ayrılması ilə nəticələnəyini bildirməsidir. Smirnovun da müşayiət etdiyi kimi Cənubi Azərbaycanda ilk panazərbaycançı sentimentin üzə çıxması bu dövrdə yaşandı. Bunun səbəbləri despotik şah hakimiyyətindən və iqtisadi vəziyyətin pisliyindən əlavə, Şimali Azərbaycanla olan əlaqələr  və Osmanlı imperiyasındakı 1908-cı il inqilabı idi. Pantürkist inqilabı kimi dəyərləndirilən bu inqilab Cənubi Azərbaycandakı türkçülüyə əsaslanan panazərbaycançılığın genişlənməsinə təsir etmişdir. Bunun təsiri idi ki, Təbrizdə məşrutə tələbinə qarşı mərkəzin repressiv cavabına üsyan edənlər “sutan da şah qədər yaxşı olar” deyə bəyanat vermişdilər.  Lakin Gənc Türklərin hadisələrə müxadiləsi müəyyən səbəblərə görə məhdud qaldı və Təbriz mərkəzli hərəkat hərbi müdaxilə ilə yatırıldı.

Azərbaycanlı intelektualların İranın modern ultramillətçiliyində rolu