Troya () — 2004-cü ildə baş rolu Bred Pittin oynadığı Hollivud filmi. Filmin rejissoru Volfqanq Petersondur. Filmin çəkilişinə 175 milyon ABŞ dolları sərf olunub və 497 milyon 409 min 852 ABŞ dolları xeyir gətirib.

Məzmun Köhnə Yunanıstanda Troya Şahzadəsi Paris və Sparta Kraliçası Yelena arasındakı eşq nəticəsində iki ölkə arasında müharibə baş vermişdir. Helenanın əri Kral Menalay çox əsəbiləşmişdir. İntiqam almaq istəyən Menelaus, qardaşı Mikene Kralı Aqamemnonun da köməyi ilə Troyaya hücüm edir. Agamemnonun əsl məqsədi Egey dənizini ələ keçirməkdir. Lakin Troyanı ələ keçirmək asan deyil. Tarix boyunca heç bir ordu Troya divarlarını aşa bilməmişdir. Troya kralı Priam və Şahzadə Hektor şəhərin qorumaq üçün hər şeyi edərlər. Troya döyüşünün açarı isə əfsanəvi döyüşçü Axillesdir. Axilles isə yalnız öz qüruru üçün döyüşməkdədir. Döyüşə qatılmasındakı tək səbəb adını tarixə yazdırmaqdır.

Döyüş başlanır. Elə ilk döyüşdən Hektorun bacısı Briseida əsir düşür. Axilles onu özü ilə çadırına aparır və ona aşiq olur. Bir neçə döyüşdən sonra Axillesin Agamemnon ilə arası dəyir və Axilles döyüşə çıxmaqdan imtina edir. Lakin onun qardaşı Axilles çadırında yatarkən onun paltarlarını geyinib döyüşə çıxır və bu döyüşdə Hektor tərəfindən öldürülür. Bundan acıqlanan Axilles Briseidanı evinə buraxır. Hektoru təkbətək döyüşə çağırır və onu öldürür. Troya yas içində olduğu vaxt yunanlar Troya divarlarını aşmaq üçün planlar hazırlayırlar. Nəhayət, onlar taxtadan böyük bir at heykəli düzəldib üzərinə məktub yapışdırırlar. Məktubda yunanların sülh qəbul etdikləri və bu heykəli sülh nişanəsi kimi troyalılara hədiyyə etdiklərini yazırlar. Troyalılar bu heykəli Troya divarlarından keçirib içəri gətirirlər. Gecə vaxtı məlum olur ki, Yunan ordusu, o cümlədən, Axilles həmin atın içərisindədirlər. Gecə onlar çıxıb Troyanı alov atəşinə tuturlar. Axillesi isə yalnız Briseidanı tapıb onu özü ilə aparmaq maraqlandırır. Axır ki, Axilles qızı tapır, onu döyüşçülərin əlindən qurtarır. Qaçmaq istəyərkən Paris ox ilə Axillesi dabanından vurur. Troya əhalisi arxa yolla qaçaraq canlarını qurtarır.

Anası Axillesə demişdir: "Əgər sən döyüşə getməsən, ailən olacaq, nəvələrin, nəticələrin səni tanıyacaq. Əgər getsən, öləcəksən. Lakin neçə əsrlər keçsədə səni heç kim unutmayacaq."

Axilles bununla adını tarixə yazdırdı.

"Əgər hekayəmi danışmalı olsan, hər şeyi olduğu kimi danış. Bu adlar əbədi yaşayacaq: Axillesin dövründə yaşamışam, Hektorla bir döyüşmüşəm!"

Axillesədən soruşurlar: "Nə vaxta qədər insanlar bir-birinin qanına susuyacaqlar, nə vaxta qədər dava edəcəklər?"

Cavabında: "Bu həmişə olacaq."

İstinadlar

Kateqoriya:2004-cü ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Malta filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Ölüm haqqında filmlər Kateqoriya:Qardaşlar haqqında filmlər Kateqoriya:Qədim Yunanıstan haqqında filmlər Kateqoriya:Troya müharibəsi filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:2004-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:ABŞ-nin döyüş dram filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:2004-cü ilin dram filmləri Kateqoriya:2004-cü ilin romantik dram filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Böyük Britaniyanın macəra filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Bir neçə əsər əsasında çəkilmiş filmlər Kateqoriya:İngilis dilində döyüş dram filmləri Kateqoriya:Böyük Britaniyanın döyüş filmləri Kateqoriya:Tarix elmləri namizədləri Kateqoriya:Devid Benioffun ssenari müəllifi olduğu filmlər