Halk Haber TV — 10 yanvar 2005-ci ildə Dəniz Baykalın dəstəyi ilə qurulan televiziya kanalı. 3 fevral 2011-ci il tarixində bağlanan kanal həmin ilin 18 fevralında Cümhuriyyət Xalq Partiyasının qərarına əsasən təkrar quruldu. 31 iyul 2012-ci il tarixində 500.000 dollar borca görə "Digiturk"də yayımı sona çatdı. Borcun ödənilməsindən sonra 18 fevral 2013-cü ildə yenidən "Digiturk"də yayımlanmağa başladı. Kanalı Türksat 3A, Digiturk, D-Smart, Turkcell TV vasitəsilə izləmək mümkündür.
2013-cü ildə Gəzi Parkı hadisələri zamanı müqavimətin səsi olmuş və tamaşaçılarının sayı artmışdır.
Xarici keçidlər Halk Haber TV | Web Halk Haber TV | Facebook Halk Haber TV | Twitter Halk Haber TV | YouTube Halk Haber TV | Canlı
Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:Xəbər televiziya kanalları Kateqoriya:Türk dilində televiziya kanalları