thumb|250px|right| Helvetiqa Respublikasının bayrağı

İsveçrə bayrağı — kvadrat ölçüdə qırmızı fonda ağ rəngli xaç təsviridir. Xaçın kənarları bayrağın kənarlarına çatmır. Xaçın xətləri bərabər ölçüdədir. Rəsmi şəkildə bayraq İsveçrənin rəsmi dövlət simvolu kimi 1889-cu ildə təsdiq edilib.

Bayrağın yaranma tarixi Bir versiyaya görə bayraq Şvis kantonunun bayrağından götürülüb. Şvis 1291-ci ildə Uri və Unterveldenlə birlikdə İsveçrə Konfederasiyasını yaradıb. İlk dəfə bu bayraq 1339-cu ildə Laupene döyüşündə qaldırılıb. O zamanlar xaçın xətləri bayrağın kənarına çatırdı.

Mənbə İsveçrənin bayrağı "Flags of the World" saytında. İsveçrənin dövlət bayrağı "www.swissworld.org" saytında.

Kateqoriya:Ölkə bayraqları Kateqoriya:İsveçrə Kateqoriya:Qırmızı və ağ bayraqlar Kateqoriya:Xaçlı bayraqlar Kateqoriya:İsveçrənin dövlət rəmzləri