Irk Bitig (Falnamə) — əski uyğur dilində yazılmış fal kitabıdır. Orxon-Yenisey abidələrində işlədilən qədim türk hərfləri ilə kağıza yazılmış və indiyə kimi saxlanılmış tək kitabdır. Bu kitabın dəqiq yazılan tarixi bəlli deyil, ancaq ən azı IX yüzilliyə aiddir.Irk Bitig / Eski Uygurca Fal Kitabı- p.1 -ön söz

Irk Bitigi macar əsilli araşdırmaçı Mark Avrel Steyn 1907-ci ildə Çinin Qansu əyalətindəki Dunxuan şəhərində yerləşən Bin Budda mağaralarında tapmışdır. İndi isə İngiltərənin London şəhərindəki Britaniya muzeyində Şərq yazılı abidələri bölməsində 8212 sayı ilə saxlanılır. Əlyazma 13.6x8 sm ölçülərində olub, 57 səhifədən ibarətdir. Səhifələrin hər iki üzü də işlədilmiş və cildlənməmişdir. X yüzillikdən daha əvvəl yazıldığı güman edilir.

Azərbaycanda nəşri

İndiyə qədər Vilhelm Tomsendən başlayaraq Hüseyn Namiq Orxun, Sergey Malov, Sir Gerard Klauson, Tetsuro İkeda, Tələt Təkin kimi araşdırmaçılar tərəfindən nəşr olunan kitab Əlisa Şükürlü, Yusif Məmmədov və Əbülfəz Rəcəbov tərəfindən də araşdırılmışdır. 2013-cü ildə isə Göybəy Uluç, Aygün Hüseynli, Dilbər Mehdiyeva, Özcan Qır, İrana İbrahimova və Ceyran Sərxanbəyova tərəfindən əski uyğur dilindən çağdaş Azərbaycan dilinə çevrilərək nəşr edilmişdir.

Kitab qədim uyğur mədəniyyətini, dünyagörüşünü, qədər-qismət, tale və bəxt haqqında düşüncələrini əks etdirir. Kitab 120 səhifədən ibarətdir.

Irklar (fallar)

1-ci ırk:

tensi : men : yarın : kiçe : altun : örgin : üze : oluru͡pan : men͡qileyür : men : an͡ça : bilin͡qler : edgü ol :

Mən tənsiyəm. Gecə gündüz qızıl taxt üzərində oturub xoşbəxt oluram. Belə bilin ki, yaxşıdır.

28-ci ırk:

kan : oluru͡pan : ordu : yapmis : ili : turmis : tört : bolun͡qtakı : edgüsi : uyurı : tirilipen : men͡qileyür : bedizleyür : tir : an͡ça : bilin͡qler : edgü : ol :

“Xan taxta çıxıb şəhər qurdu, eli yüksəldi, dörd tərəfdən yaxşıca güc topladı. Sevinir, [hər yanı] bəzəyir", — deyir. Belə bilin ki, yaxşıdır.

66-cı ırk:

amtı : amrak : oqlanım : an͡ça : bilin͡qler : bu : ırk : bitig : edgü : ol : an͡çıp : alku : kentü : ülügi : erklig : ol :

İndi əziz oğullarım, belə bilin ki, bu fal kitabıdır, yaxşı yazıdır. Amma yenə də hamı öz taleyində güc sahibidir.

Xarici keçitlər

Erkin Asiya Radiosu Publika.az - Azərbaycan

Kateqoriya:Türk mifologiyası Kateqoriya:Türk dilləri