Züleyxa Əsgəralı qızı Həsənova () — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965).

Həyatı Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olubYeganə Sosialist Əməyi Qəhrəmanı və Qəhrəman ana vəfat edib . 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib.

1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Tütünçülər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri