Tiyana Dapçeviç (; ) — Şimali Makedoniya müğənnisi.

Həyatı Tiyana Todevska 3 fevral 1976-cı ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Makedoniyanın Skopye şəhərində dünyaya göz açmışdır. Tiyananın atası Velko Todevski musiqi müəllimi, Bosniya və Herseqovinada anadan olan Serb əsilli anası Branka Todevska isə opera ifaçısıdır. Onun bacısı Tamara Todevska Makedoniyanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tiyana makedon, serb, ingilis və italyan dillərində səlis danışa bilir.

Musiqi karyerası Tiyananın hit mahnılarından biri olan "Sve je isto, samo njega nema" keçmiş Yuqoslaviya prezidenti İosip Broz Titoya həsr olunmuşdur. Mahnı serb, boşnak, xorvat, sloven, monteneqro və makedon dillərində səsləndirilmişdir.

O, 2002-cü ildə Herseq Novidə keçirilən Sunçane Skale musiqi festivalında "Negativ" adlı mahnı ilə qələbə qazanmışdır.

Tiyana Dapçeviç To The Sky mahnısı ilə Makedoniyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Diskoqrafiya Kao da... (2001) Negativ (2002) Zemlja mojih snova (2004) Žuta minuta (2007) Muzika (2010)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2014 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Şimali Makedoniyada doğulanlar Kateqoriya:Şimali Makedoniya müğənniləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Serbiya müğənniləri Kateqoriya:Şimali Makedoniyanın "Avroviziya" təmsilçiləri