Məzahir Süleymanzadə () — Fəxri bədən tərbiyəsi və idman xadimi. Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005)
Həyatı 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvəllərində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakültəsini bitirib. 1974–1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Fəaliyyəti Müxtəlif illərdə "Leninskoe znamya", "Krasnaya zvezda", "İdman" — "Sport" qəzetlərində, "Sovetski voin" jurnallarında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan "Səhər" qəzetini təsis edib. M. Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir.
Mükafatları 1984–1994-cü illərdə "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Ölümü Məzahir Süleymanzadə 11 may 2022-ci ildə 69 yaşında vəfat edib. O, Mərdəkan qəbiristanlığında dəfn olunub
İstinadlar
Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları