Həmid Alı oğlu Vəliyev () — ədəbiyyatşünas alim, professor, filologiya elmləri namizədi, Gürcüstan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi.
Həyatı Həmid Vəliyev 15 iyul 1939-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olub. 1966-cı ildə ADU-nun (indiki BDU-nun) Filologiya fakültəsinin Jurnalistika şöbəsini, 1978-ci ildə Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin Jurnalistika fakültəsini bitirib.
Əmək fəaliyyəti Həmid Vəliyev əmək fəaliyyətinə 1958-ci ildə Marneuli rayon qəzetində başlayıb. İlk oçerk və hekayələri yerli mətbuatda çap olunub. Tbilisidə "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzetində korrektor, baş korrektor (1960–1968), şöbə müdiri (1968–1972), redaktor müavini (1973–1991) vəzifələrində çalışıb.
Həmid Vəliyev 1990-cı ildə Bakıya köçüb. Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan "Yurd" jurnalının Azərbaycan buraxılışına rəhbərlik etmiş (1991–1995), "El qəzeti", "Mübarizə" və "Şəfqət" qəzetlərinin, "Borçalı" jurnalının baş redaktoru olub. Daha sonralar isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.
Həmid Vəliyev 2004-cü ilin dekabrından BDU-nun Beynəlxalq Jurnalistika kafedrasının müdiri vəzifəsində çalışır. Jurnalistika fakültəsinin Elmi Şurasının üzvüdür. Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbəliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilib, 3 nəfər doktorantın elmi rəhbəri olub.
Həmid Vəliyev 2011-ci ilin iyul ayında BDU-nun professoru elmi adını alıb.
Pedaqoji fəaliyyəti Həmid Vəliyev artıq 40 ilə yaxındır ki, həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Ötən əsrin 80–90-cı illərində A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S. S. Orbeliani adına Tbilisi Pedaqoji Universitetinin) Azərbaycan bölməsində dərs deyib. 1992-ci ildən isə elmi-pedaqoji fəaliyyətini BDU-da davam etdirir.
Yaradıcılıq fəaliyyəti Həmid Vəliyev Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin, "Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində" monoqrafiyasının (1984), "Dünya informasiya agentlikləri" (2003), "Beynəlxalq jurnalist təşkilatları" (2005) adlı dərs vəsaitlərinin, "Xarici ölkələrin jurnalistikası tarixi" (2012; 2014) dərsliyinin, "Mark Tven jurnalist kimi" (2014) kitabının müəllifidir. Elmi əsərləri Türkiyədə, Moskvada, Tbilisidə, Kiyevdə, Alma-Atıda, Daşkənddə və digər yerlərdə çap olunub.
Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin "Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş və kitab 1993-cü ildə "İşıq" nəşriyyatı tərəfindən kütləvi tirajla çap olunmuşdur. Həmin kitabın təkrar nəşri 2014-cü ildə olmuşdur. Həmid Vəliyev 2015-ci ildə isə Şerl Sendberq Nell Skovelin "Fəallıqdan qorxma" adlı kitabını Azərbaycan dilinə çevirib və nəşr etdirib.
Kitabları Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində (Monoqrafiya). B., 1984 Deyl Karnegi. Dostu necə qazanmalı (Tərcümə). B., 1993 Dünya informasiya agentlikləri (Dərs vəsaiti). B., 2003 Beynəlxalq jurnalist təşkilatları (Dərs vəsaiti). B., 2005 Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. B., 2012 Xarici ölkələri jurnalistikası tarixi Bakı " Poliqrafiya" 2014. Poliqrafiya" Bakı- 2014. . 640 s. 40.ç. v. (Dərslik) Mark Tven jurnalist kimi. Bakı, "Qanun" 2014.78 s.5ç.(Dərs vəsaiti) Dost qazanmaq və adamlara təsir göstərmək sənəti Deyl Karnergi. Bakı, "Qanun" 2014, 312s (Tərcümə) Şerl Sendberq Nell Skovel "Fəallıqdan qorxma" Bakı −2015 (Tərcümə)
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı (1970); Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1972); "Gürcüstan SSR-in Əməkdar jurnalisti" fəxri adı (1988); "Tərəqqi" medalı (2005); "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı(2009); Azərbaycan Mətbuat Şurasının diplomu (2013)" 21 iyul 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
İstinadlar
Xarici keçidlər Həmid Vəliyev Xarici ölkələrin jurnalistikası Həmid Vəliyev "Yuli Sezar" kitabını Azərbaycan dilinə tərcümə etdi Professor Həmid Vəliyevin 80 illiyi qeyd edildi Professor Həmid Vəliyev "Yuli Sezar" kitabını Azərbaycan dilinə tərcümə edib BDU-nun professoru Həmid Vəliyev "Qandi" kitabını Azərbaycan dilinə tərcümə edib BDU-nun kafedra müdiri: "Balzak deyirdi ki, "jurnalistikanı sevmirəm, hətta ona nifrət edirəm"
Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər