Cavanşir Musa oğlu Məmmədov () — Azərbaycan operatoru və rejissoru.
Həyatı Cavanşir Musa oğlu Məmmədov 17 oktyabr 1915-ci ildə Lənkəranda anadan olub. 1937-ci ildə Aşqabad Kino Texnikumunu bitirmişdir.
1997-ci ildə Moskvada vəfat edib.
Fəaliyyəti Kinoda operator şagirdi (1932), operator köməkçisi, operator assistenti (1934), II dərəcəli operator (1935), II operator (1938), xronikal filmlər üzrə I dərəcəli operator dərəcələrinə yüksəlib. 1937-ci ildə Aşqabad kinostudiyasında operator işləyib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1950–1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında ("Sentrnauçfilm") "Kino Səyahəti" almanaxının yaradıcılarındandır. Kinojurnallar üçün mindən çox süjet çəkib.
Adlar və mükafatlar Kann festivalının mükafatı (1954) "Dənizi fəth edənlər" və "Xəzər neftçiləri haqqında dastan "filmlərinə görə Lenin Mükafatı (1960)Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. "Türkmənistanın əməkdar incəsənət xadimi" fəxri adı (1948) "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (30 aprel 1959) "Azərbaycan SSR xalq artisti" fəxri adı (1 dekabr 1982)Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı
Filmoqrafiya Rejissor kimi 416-cı (film, 1942) (qısametrajlı sənədli film) S. M. Kirov adına körfəzdə (film, 1954) (qısametrajlı sənədli film) Keçmişin şahidləri (film, 1956) (qısametrajlı sənədli film) Təbiətin dostları (film, 1958) (qısametrajlı sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Azərbaycan elmi (film, 1969) (tammetrajlı sənədli film) Oktyabrın şəfəqləndirdiyi yol (film, 1977) (qısametrajlı sənədli film)
Operator kimi 416-cı (film, 1942) (qısametrajlı sənədli film) Xəzər dənizçiləri (film, 1944) (tammetrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1950) (qısametrajlı sənədli film) Azərbaycan zeytunu (film, 1951) (qısametrajlı sənədli film) Respublika stadionu (film, 1951) (qısametrajlı sənədli film) Azərbaycan atları (film, 1953) (qısametrajlı sənədli film) Xəzər neftçiləri haqqında dastan (film, 1953) (tammetrajlı bədii-sənədli film) Mahnı bayramı (film, 1954) (qısametrajlı sənədli film) S. M. Kirov adına körfəzdə (film, 1954) (qısametrajlı sənədli film) Görüş (film, 1955) (tammetrajlı bədii film) Keçmişin şahidləri (film, 1956) (qısametrajlı sənədli film) Mahnı belə yaranır (film, 1957) (tammetrajlı bədii film) "Ağ qızıl" ustaları (film, 1958) (qısametrajlı sənədli film) Təbiətin dostları (film, 1958) (qısametrajlı sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Dənizi fəth edənlər (film, 1959) (tammetrajlı bədii-sənədli film) İlk müjdələr (film, 1960) (qısametrajlı sənədli film) Yeddiilliyin adamları və işləri (film, 1960) (qısametrajlı sənədli film)
Ssenari müəllifi kimi S. M. Kirov adına körfəzdə (film, 1954) (qısametrajlı sənədli film) Keçmişin şahidləri (film, 1956) (qısametrajlı sənədli film) Təbiətin dostları (film, 1958) (qısametrajlı sənədli film) Lahıc dağlarında əks-səda (film, 1971) (qısametrajlı sənədli film)
İstinadlar
Mənbə Elmirov, A. "Şamaxı səması altında" [Sənədli kinofilmlərin görkəmli ustası Cavanşir Məmmədovun yeni çəkdiyi "Şamaxı səması altında" filmi haqqında] //Bakı.- 1971.- 13 noyabr. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129. "Cəbhə kinooperatorları". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 91–95. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Lənkəranda doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:SSRİ kinooperatorları Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər