Koltunova Qalina Borisovna (d.5.10.1918, Bakı-v.1994, Bakı) — Azərbaycan SSR xalq artisti (1981).

Filmoqrafiya:

Şərikli çörək (film, 1969) - rol: həkim

Həyatı Bakı Teatr Texnikumunu bitirmişdir (1944). 1941 ildən Azərb. Dövlət Rus Dram Teatrında (1949-52 illərdə fasilələrlə) çıxış etmişdir. Rolları: Qlafira ("Qurdlar və qoyunlar", A.Ostrovski), Nataşa ("Üç bacı", A.Çexov), Liza ("Canlı meyit", L.Tolstoy), Nazlı ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Bənövşə ("Kəndçi qızı", M.İbrahimov), Nadejda ("Mənim ümidlərim", M.Şatrov) və b.

Azərb. SSR Ali Sovetinin (10 və 11-ci çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR xalq artistləri