Fətulla Qəni oğlu Fətullayev — Sosialist Əməyi Qəhrəmanı
1908-ci il sentyabrın 29-da indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1947-1965-ci illərdə Bico kəndinin M.Əzizbəyov adına kolxozunda kolxozçu və briqadir işləmişdir. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilmişdir. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. 1965-ci ildə İttifaq əhəmiyyətli fərdi pensiyaya çıxmışdır.
Bico kəndində vəfat etmişdir.
Təltifləri "Sosialist Əməyi Qəhrəmanı"
İstinadlar
Kateqoriya:Ağsuda doğulanlar Kateqoriya:Ağsuda vəfat edənlər Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:SSRİ kolxozçuları Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:SSRİ aqronomları