Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kəndPDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2.

Tarixi Rayon mərkəzindən 8 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996, s.130, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.107 qeyd edilmişdir.

Toponim qədim türk mənşəli bulqar tayfasından olan qazan tayfasının adınaБаскаков Н.А. Введения и изучения тюркских языков, Изд.2е, М., «Высш.школа», 1969, s.235Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986, s.35 "-çı" şəkilçisinin artırılması ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Meğraşen (Balkənd) qoyulmuşdur.

Digər Qazançı dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Qazan türk tayfasının adı əsasında yaranmış etnooronimdir.

İstinadlar

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri