Fərda Amin (Fərda Akif oğlu Xudaverdiyev; ) — azərbaycanlı aktyor, ayaqüstü komediya ustası, ssenarist, aparıcı, rejissor və şoumen.
Həyatı Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır. Bu veriliş də qısa müddət davam edir. Bir neçə il sonra Müşfiq Şahverdiyev ilə birlikdə 2007-ci ildə "Sərbəst FM" verilişi işıq üzü görür. Həmən il Müşfiq və Fərda "Niyə?" filminə çəkilir. 2014-cü ildən "Top kimi Şou" verilişinin aparıcısıdır. "İnterpapa", "Ögey ata", "Xoxan", "Naxox", "Niyə?" kimi filmlərdə rol almışdır. "Ögey ata", "İnterpapa", "Niyə?" filmlərinin ssenarisini yazmışdır.
Aktyor 2010-cu ildə Günel adlı xanımla ailə həyatı qurub. Fərda 4 oğul atasıdır.
Aparıcılıq "Elə-belə" (Lider TV) "Vitamin C" (Lider TV) "Tək Səbir" (Space TV) "Tam Sərbəst" (ATV) "Tam sərbəst sollo" (ATV) "Sənin üçün" (ATV) "Sərbəst FM" (ATV) "Top kimi şou" (ATV)
Filmoqrafiya İz (film, 2002) Toy (film, 2005) İnterpapa (film, 2006) Niyə? (film, 2010) Niyə? 2 (film, 2017) Vərdiş (film, 2006) Ögey ata (film, 2013) Xoxan (film, 2014) Gecə qonağı (film, 2015) Oğlan evi Bakı, Mən Səni Sevirəm (2015) Naxox (film, 2016) Selfinaz Stand Up (tamaşa, 2015) Selfinaz Stand Up 2 (tamaşa, 2017) Qardaşlar (teleserial, 2015) Qız qaçırtma (film, 2017) Pray for Zahra (2017) Aşka gəldik (2015 Türkiyə) Yanlış Anlama (2017 Türkiyə) Niyə? (teleserial, 2018) Qardaşlar (teleserial 2016–2017) Bacanaqlar (teleserial 2018) Ağ tük (2018) Qızqaçırtma 2 (2018) Toydan sonra nağara (2018) Niyə? 3 (2019) Tək çənə Stand Up Komedixana (2020) 5betər (2021) Eltilər (2022–2023) Zarafatyana (2023) Kadrlar şöbəsi (2022)
İstinadlar
Xarici keçidlər Fərda Xudaverdiyev müsahibə
Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları