Mirzə Kərim xan Müntəzəməddövlə () — İran ordusunun generalı.
Həyatı Mirzə Kərim xan 12 iyul 1829-cu ildə Firuzkuh şəhərində anadan olmuşdu. Herat fatehi Əmir Məhəmmədhüseyn xan Ərcüməndinin oğludur. Seyid mənşəlidir.
Mirzə Kərim xan Fransanın Sensir şəhərində hərbi məktəbdə oxumuşdu. Hərbi məktəbi bitirəndən sonra doğma vətənə dönmüşdü. Nasirəddin şahın Avropaya səfərlərinin birində müşayiət etmişdi.
Mirzə Kərim xan Müntəzəməddövlə, Səmsaməssəltənə, Sərdari-Mükərrrəm ləqəblərini daşıyırdı. Nasirəddin şah və Müzəffərəddin şah zamanlarında Əmirtümən rütbəsi, Sərdari-Firuz ləqəbi vardı.Firuzkuh qoşunun komandiri idi.
Mirzə Kərim xan bir müddət Nasiri hərbi məktəbinin müdiri vəzifəsini daşımışdı.
Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
İstinadlar
Xarici keçidlər Mirzə Kərim xan Ərçüməndi
Kateqoriya:İran generalları Kateqoriya:İranda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər