Georgi (Yuri) Vasilyeviç Çiçerin (; psevdonimləri: Ornatski, Batalin, Mixail Şaronov, Osvedomlennıy; ) — Rusiya marksist inqilabçısı, sovet diplomatı, musiqişünası, RSFSR və SSRİ Xarici İşlər Xalq Komissarı (1918–1930), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin I, II, III IV və V çağırış deputatı, Sov.İKP MK deputatı (1925–1930).
Çiçerinlər nəslinə bağlı bir ailədə anadan olan Çiçerin Sankt-Peterburq Dövlət Universitetinin Dil və Tarix fakültəsindən məzun olmuş və Rusiya imperiyası Xarici İşlər Nazirliyində işləmişdir. Bu dövrdə marksizmlə tanış olan Çiçerin sosialist qruplarla əlaqə quraraq Almaniya və Rusiyada siyasi fəaliyyət göstərmişdir. O, 1905-ci ildə Rusiya Sosial Demokrat İşçi Partiyasının menşeviklər fraksiyasına qoşulmuşdur.
Çiçerin Birinci Dünya müharibəsi illərində bolşeviklərin müharibə əleyhdarı görüşlərini mənimsədiyi üçün siyasi təzyiqə məruz qalmışdır. O, müharibə əleyhinə təbliğat etdiyinə görə İngiltərədə həbs edilmişdir. Çiçerin 1917-ci ildə Rusiyada gerçəkləşən Böyük Oktyabr Sosialist inqilabından sonra ardından Xarici İşlər Komisarı Lev Trotskinin səyi nəticəsində sərbəst buraxılmış və Rusiyaya qayıtmışdır. O, SSRİ rəhbərləri – Vladimir Lenin və Lev Trotskinin qərarı ilə Xarici İşlər Komissarlığında işləməyə başlamışdır. Çiçerin Trotskinin vəzifəsindən istefa verməsindən sonra 1918-ci ilin mart ayında Xarici İşlər Xalq Komissarı olmuşdur. Georgi Çiçerin vəzifəsi dövründə xarici siyasətdə aldığı qərarlarla önəmli bir şəxs olaraq tanınmışdır. Kominternin birinci qurultayında idarəçi seçilmişdir.
Çiçerin Rusiyada vətəndaş müharibəsi zamanı xarici qüvvələrin müdaxiləsindən sonra sovet iqtidarını möhkəmləndirmək üçün "kapitalist dövlətləri bölmək" məqsədi ilə müxtəlif diplomatik vəzifəni öz boynuna almışdır. O, atəşkəs müqavilələrinin imzalanması və SSRİ hökumətinin bir çox ölkə tərəfindən rəsmi olaraq tanınmasına səbəb olan görüşlər keçirmişdir.
Çiçerin ümumiyyətcə Almaniya tərəfdarı və Böyük Britaniya imperializminin əleyhdarı bir xarici siyasət yürütmüşdür. O, Böyük Britaniya müstəmləkəçiliyinə qarşı bir çox ölkə ilə müqavilələr imzalamışdır. Çiçerin xarici siyasətdə Rusiyanın tarixi mənfəətlərini yeni sovet sistemi ilə birləşdirərək sosializmin dünya səviyəsində genişləməsinə və digər ölkələrdə təbəqələr arası mübarizəyə dəstək vermək hədəfini tərk etmədən qərbin kapitalist gücləri ilə sülhsevər bir münasibəti qoruyub-saxlaya bilmişdir.
Çiçerin getdikcə ağırlaşan xəstəliyinə görə 1930-cu ildə siyasətdən tamamilə çəkilmiş, vəzifəsini isə Maksim Litvinova buraxmışdır. O, 7 iyul 1936-cı ildə Moskva şəhərində hemorragik insult nəticəsində vəfat etmişdir. Çiçerinin meyiti Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.
Həyatı
Ailə tarixi və ilk illəri thumb|left|200px|Georgi Çiçerinin əmisi Boris Çiçerin. Çiçerin, əmisindən qalan mirası siyasi fəaliyyətlər və Rusiya Sosial-Demokrat İşçi Partiyasının maliyyə ehtiyacları üçün istifadə etmişdir.
Aleksandr Puşkinin uzaq qohumu olan Çiçerin, "Çiçerin nəsli"nin bir nümayəndəsi olaraq dünyaya gəlmişdir. Nəsil şəcərəsi III İvanın həyat yoldaşı, Bizans kraçilası Sofiya Paleoloqa qədər uzanmaqdadır. Ailə tarixindəki şəxslər Böyük Moskva knyazlığında müxtəlif vəzifələrdə çalışmışlar. Rusiya generalı Vasili Çiçerin də eyni ailəyə mənsubdur. Sibir qubernatoru Denis Çiçerin də eyni nəslin nümayəndəsidir. Atası Vasili N. Çiçerin Rusiya İmperiyasında yaşamış diplomat idi. Əmisi bələdiyyə sədri və M.V.Lomonosov adına Moskva Dövlət Universitetində hüquq professoru olmuş Boris Çiçerindir.
Dindar xristian ailəsində anadan olan Çiçerin, uşaqlığında hədislər dinləyir, dualar və müqəddəs İncili oxuyurdu. Gəncliyində klassik musiqi pərəstişkarı idi. Bethoven, Motsart və Vaqnerin musiqilərini dinləyir, piano çalırdı. Motstardan bəhs edən bir kitab yazmışdır. Rusiya şairi və bəstəkarı Mixail Kuzminin yaxın dostu idi. 1884-cü ildə ailəsi onu Tambovda yerləşən gimnaziyaya yazdırdı. 1886-cı ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa köçdü. Tələbəlik illərində müxtəlif mövzuları öyrənməyə maraq göstərirdi. Fridrix Nitsşenin əsərlərini oxumaqdan zövq alırdı. Çoxlu sayda dil təlimləri aldı. Bu onun zadəgan bir nəsildən gəlməsindən ilhamlanırdı. İngilis, fransız, italyan, polyak, serb və rus dillərində sərbəst bir şəkildə danışa bilirdi. Həmçinin tarixə də maraq göstərirdi. 1895-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin dil və tarix fakültəsindən yüksək dərəcə ilə məzun olmuşdur. 1898-ci ildən 1903-cü ilə qədər Rusiya İmperiyası Xarici İşlər Nazirliyinin arxiv şöbəsində işlədi. Çiçerin bu dövrdə həyatın mənasına aid fəlsəfi rəylərə diqqət çəkici ölçüdə maraq göstərdi və fəlsəfə ilə sıx şəkildə maraqlandı. Bu məqsədlə fəlsəfə və siyasətlə bağlı təhsil almaq üçün 1895-ci ilin payızında Qərbi Avropaya getməyi qərarlaşdırdı, lakin 1897-ci ildə anasının ölüm xəbərini eşidib Rusiyaya geri qayıtdı. Bu dövrdə zadəganların məskunlaşma yeri olaraq bilinən Çarski Seloda yaşamağa başladı. Ərazidə yer alan Sosialist İnqilabçılar Partiyasının mənsubları ilə əlaqələr yaratdı və sosialist fikirlərlə tanış oldu. Burada vaxtının böyük bir hissəsini, əsas Karl Marks və Fridrix Engelsin əsərlərinin olduğu çoxlu sayda inqilabçı kitablar oxuyaraq və bu əsərlərin üzərində çalışaraq keçirdi. Sahib olduğu imtiyazlı ictimai mövqeyi ilə, "sosial ədalətsizliklər" mövzusu üzrə təhsil aldı və bu problemlərə istiqamətli olaraq Marksizm fəlsəfəsindəki "proletar inqilab" tezisini dəstəklədi.
Sürgün illəri thumb|right|150px|Çiçerinin 1900-cü ilə aid portreti
Çiçerin, çar polisinin inqilabçılarla danışıqlarını və işlərini kəşf edəcəyi şübhəsi ilə 1904-cü ilin yazında işlədiyi nazirlikdən ayrılmaq tələbi etdi və Qərbi Avropaya geri dönməyə qərar verdi. Daha sonra "Rusiyada müalicə edilməyən ruhi və fiziki pozğunluqları müalicə etdirmək" fikri ilə rəsmi olaraq Almaniyaya getdi. Əmisi oğlu, Çiçerinin homoseksual hərəkətlərini aradan qaldırmaq üçün Almaniyada tibbi müalicə gördüyünü iddia etmişdir.
Bonn Universitetində təhsilini başa vurdu və 1905-ci ildə Berlində yaşamağa başladı. Həmin il Rusiya Siyasi-Demokrat İşçi Partiyasının (RSDP) menşeviklər fraksiyasına qatıldı. 1905-ci ildə Rusiyada inqilabın baş verməsi ilə inqilabı dəstəkləmək üçün Rusiyaya qanunsuz yollarla daxil olmaq istədi, lakin səhiyyə problemləri ilə bağlı gedə bilmədi və Alman sosialist gənclik təşkilatları ilə birlik olaraq Almaniyada yaşamağa başladı. Almaniya Sosial Demokrat Partiyası və RSDP-nın dəstəklədiyi, Almaniyada Rus Universitet tələbələrini maddi dəstəkləyən bir sosialist dərnəyin katibi olaraq işlədi. Bu dərnəyin Rusiyada o dövr ortaya çıxan inqilabçı fəaliyyətlərə görə gəncləri dəstək üçün Rusiyaya göndərdiyi iddiaları var idi. Əmisi Boris Çiçerinin 1904-cü ildə vəfatından sonra onun mirasını RSDP-nın maliyyə ehtiyaclarını ödəmək üçün istifadə etdi. Rusiya Sosial Demokrat İşçi Partiyasının beşinci qurultayının ümumi maliyyə xərclərinin yarısından çoxunu Çiçerin ödədi.
Çiçerin "Oxranka"dan gizlənmək və yanıltmaq üçün bir çox fərqli adla siyasi fəaliyyətini davam etdirdi. Rusiya Sosial Demokrat İşçi Partiyasının dördüncü qurultayında ortaya çıxan fikir ayrılıqları nəticəsində fərqli qruplar arasındakı birliyi təmin etmək və Rusiyadakı fəaliyyətləri təşkil etmək üzrə 1907-ci ilin yanvarında yaradılan "Xarici Mərkəz Təşkilatı"nın (ZTsB) rəhbərliyində vəzifələndirildi. Beşinci qurultayda nümayəndə olmamasına baxmayaraq qurultayın təşkil olunmasında əsaslı rol oynadı. 1907–1908-ci illər arasında Lenin rəhbərliyindəki bolşeviklər ilə fikir ayrılıqları oldu və Menşeviklərlə yaxınlaşdı. Bolşeviklərin bank və poçt oğurluqları edərək RSDİP-nın maliyyə ehtiyaclarını qarşılamaları taktikalarını rədd etdi. Oğurluq və cinayət fəaliyyətlərinin beşinci qurultayda açıqca qadağan olunmasına baxmayaraq 1907-ci ildə Tiflisdə baş tutan bank soyğunu RSDP daxilində bolşeviklərə qarşı qəzəbə səbəb oldu. Bu qarətə qərar verənlər arasında illər sonra Çiçerinin Xarici İşlər Nazirliyində vəzifəsində köməkçisi olacaq Maksim Litvinov da var idi. Hadisədən sonra bir çox partiya mənsubunun həbs olunmasına və çoxlu miqdarda pulun ələ keçirilməsinə baxmayaraq oğurlanan pulların seriya nömrəsinin polislər tərəfindən bilinməsi səbəbilə istifadə edilə bilməməsi, bolşeviklərə qarşı olan qəzəbi və əleyhdarlığı daha da artırdı.
Siyasi təzyiqlər və polis nəzarətini önləmək üçün 1908-ci ildə Parisdə yaşamağa başladı. Menşeviklərə yaxın olan "Qolos Sosial-Demokrat" qəzetinin nəşriyyat heyətində vəzifələndirildi. Parisə gəlməzdən əvvəl Prussiya polisi tərəfindən Saksoniyadan və İsveçrədən deportasiya edildi. Parisdə ZTsB-nın və Qərbi Avropadakı "Rus Marksist tələbə dərnəyləri"nin katibliyini və maliyyə məsuliyyətlisi vəzifələrini davam etdirdi. Bu dövrdə RSDİP mərkəz təşkilatı ilə ZTsB arasındaki uzlaşdırma səyləri müvəffəqiyyətsiz oldu.
Çiçerin, 1910–1912-ci illər arasında təsviyyəçiliyi rədd etməsinə və bəzi mövzularda eyni fikirdə olmasına baxmayaraq bolşeviklərlə bir çox mübahisələr yaşadı. Bu illərdə o dövrün qarşıda gələn Menşevik rəhbərlərindən olan Yuli Martov ilə yaxın işlər davam etdirdi.
Birinci Dünya müharibəsi dövrü və bolşeviklərlə yaxınlaşması thumb|left|250px|Qans Balusşekin 1915-ci ildə çəkdiyi "Yox oluş" adlı Birinci Dünya müharibəsindən bəhs edən əsəri. Çiçerin, döyüş başladığında qısa müddətlik sosial vətənpərlik əhatəsində "vətən müdafiəsinin edilməsi"ni müdafiə etsə də müharibənin dağıdıcılığı qarşısında qısa müddətdə bu fikirlərindən üz dönərdi və antimilitar fikirlərinə sahib oldu. Savaş ərzində sıx şəkildə antimilitar kampaniyalar təşkil etdi və bu vəziyyət onu bolşeviklərlə yaxınlaşdırdı.
1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda Paris şəhərində idi. Müharibə Çiçerinin fikirlərinin dəyişməsində böyük rol oynadı. Müharibənin başladığı dövrdə Georgi Plexanovun sosial vətənpərvərlik fikirlərinə yaxın düşüncələrə sahib idi. "Feodal və mürtəce olmasına baxmayaraq Almaniyanın savaşa girməsini və vətənini müdafiə etməsini" Çar Rusiyası ilə ittifaq halında olan Fransa və Böyük Britaniya imprealizminə görə üstün sayırdı. 1915-ci ildə isə müharibə haqqındakı öz fikirlərini dəyişdi, bolşeviklərin antimilitarizm fikirlərini mənimsədi və "yalnız sosializm qələbəsi müharibəyə son qoya bilər" fikrini qəbul etdi. Lilə gedərək yerli sosialist gənclik təşkilatları ilə birlikdə müharibəyə qarşı təbliğat aparsa da, istədiyi nəticələr baş tutmadı və Lil yaxınlığındakı Brüssel şəhərinə getdi. Almaniya İmperatorluq Ordusunun irəliləməsi səbəbi ilə burada uzun müddət qala bilmədi və London şəhərinə üz tutdu.
Londonda olduğu müddətdə rus immiqrantlara və ingilis sosialistlərinə Böyük Britaniyanın müharibə planlarını bildirərək müharibəyə qarşı sıx bir kampaniya irəli sürdü. Müharibə müddətində ölkədəki rusların sürgün edilməsini və ya deportasiya edilməsini sığınacaq hüququnün ciddi bir pozuntusu olaraq bildirdi və bu vəziyyətə qınayan məqalələr nəşr etdirdi. Böyük Britaniyada məcburi əsgərə alınma səylərini əksinə çevirmə cəhdlərinin həyata keçirilməsi üçün çalışdı. Bu müddətdə diqqətləri öz üzərinə çəkdi, antimilitar fəaliyyətləri səbəbi ilə Böyük Britaniya hakimiyyəti və müttəfiqi Çar Rusiyasının təzyiqlərinə məruz qaldı. 1915-ci ilin dekabrında qısa müddətlik həbs edildi.