Əli Fuad Paşa () — Türkiyənin dövlət, hərbi və siyasi xadimi.

Həyatı Əli Fuad Paşa Ali hərbi təhsil almış, Balkan müharibələrində (1912–13) və Birinci Dünya müharibəsində (1914–18) iştirak etmişdir. Kazım Qara Bəkir paşa, Bəkir Sami bəy və digər türk milli azadlıq mücadiləsi xadimləri ilə birlikdə Mustafa Kamal Atatürkün 1919-cu il iyunun 20-də bəyan etdiyi Amasya təlimatını imzalamışdı. 1920-ci il aprelin 23-də Ankarada işə başlamış Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətinin Moskvadakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş və 1921-ci il fevralın 18-də Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) hökuməti ilə danışıqlar aparmaq üçün göndərilmiş Türkiyə nümayəndə heyəti ilə birlikdə Moskvaya gəlmişdir; fevral-mart aylarında Yusif Kamal bəy və doktor Riza Nuru bəylə birlikdə Moskvada RSFSR xarici işlər naziri Georgi Çiçerinlə, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü C.Qorxmazovla danışıqlar aparmışdır. Əli Fuad paşa Moskva konfransında Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsi məsələsinin uğurla həll edilməsi sahəsində gərgin və səmərəli diplomatik fəaliyyət göstərmişdir. Danışıqlarda məhz Türkiyə diplomatlarının, o sıradan da Əli Fuad paşanın səyləri sayəsində "Dostluq və qardaşlıq haqqında" RSFSR-Türkiyə müqaviləsinin (Moskva, 16 mart 1921-ci il) 3-cü maddəsinə və 1 (V) əlavəsinə əsasən, Naxçıvan vilayətinə Azərbaycanın himayəsi altında muxtariyyət verilməsi razılaşdırıldı. Əli Fuad paşa sonralar millət vəkili, 1948-ci ildə isə TBMM başqanı seçilmiş və Türkiyə Cümhuriyyətinin daxili və xarici siyasətinin işlənib hazırlanmasında fəal rol oynamışdır. 1960-cı illərdən elmi fəaliyyətlə məşğul olmuşdur. "Sinif yoldaşım Atatürk", "Moskva xatirələri" və sair əsərlərin müəllifidir.

Mənbə

Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:TBMM I çağırış deputatları Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:TBMM III çağırış deputatları Kateqoriya:TBMM IV çağırış deputatları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:TBMM VIII çağırış deputatları Kateqoriya:TBMM IX çağırış deputatları Kateqoriya:TBMM X çağırış deputatları Kateqoriya:TBMM XI çağırış deputatları Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları‎ Kateqoriya:Türkiyə Böyük Millət Məclisinin sədrləri Kateqoriya:Türkiyə çərkəzləri Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:Türkiyə nazirləri Kateqoriya:İstanbul ilinin deputatları