Kreyq Mello () — amerikan biokimyaçısı, 2006-cı ildə Endrü Fayrla birgə ribonuklein turşusunun interferensiyasının (əngəlləmə, genlərin ikiqat RNTnin tərəfindən susdurması) kəşfinə görə Nobel mükafatına layiq görülüb.

Həyatı Kreyq Mello 1982-ci ildə Braun Universitetinin biokimya fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 1990-cı ildə Harvard Universitetində hüceyrə və inkişaf biologiyası üzrə doktor işini yazır. Ardından Fred Hatçinson adına Xərçəng Araşdırma Mərkəzində post-doktorant kimi çalışmışdır. Daha sonra Massaçusets Universitetinin Tibb fakültəsində Molekular Təbabət üzrə professor vəzifəsinə keçdi. Bundan başqa Hovard Hyuz adına Tibbi İnstitutunda araşdırmacı kimi çalışıb.

1998-ci ildə Endrü Fayrla birgə eukariotlarda genləri işə salan və söndürən RNT interferensiyasını kəşf edir. Bu, birər genlərin funksiyasını incələnməsi üçün önəmli biotibbi araşdırma üsuludur. Bundan əlavə, RNT interferensiyasını müalicəvi məqsədlər üçün cəhd edilmişdir.

Üzvlüklər və ödüllər 2003 — Molekular Biologiya üzrə Amerikan Milli Akademiyasının Texniki Elmlər Ödülü 2003 — Biotibbi elmlər üzrə Wiley Ödülü 2004 — Massaçusetts Ümumi Hospitalının Uarren Üçillik Ödülü, Endrü Fayrla birgə 2005 — Kanadanın Gairdner Fondunun Uluslararası Ödülü, Endrü Fayrla birgə 2005 — Tibbin təməl elmlərində seçkin işlərinə görə Dr. Lüis S. Rosenştil Ödülü 2005 — Masri Ödülü, Endrü Fayrla birgə 2005 — Amerikan Milli Elmlər Akademiyasının üzvü 2006 — Biotibbi araşdırmasına görə Dr. Paul Yansen adına Ödül 2006 — Pol Erlix və Lüdviq Darmştedter Ödülü, Endrü Fayrla birgə 2006 — Fiziologiya və Tibbdə Nobel mükafatı, zusammen mit Andrew Fire

İstinadlar

Həmçinin bax Nobel mükafatı

Xarici keçidlər Kreyq Mellonun Nobel Mühzairəsi Kreyq Mello ilə müsahibə (ingiliscə) PubMed BioTibbi məqalələr toplusunda Kreyq Mellonun məqalələri

Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Braun Universitetinin məzunları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Fəlsəfə doktorları