Harald tsur Hauzen () — alman alimi, 2008-ci ildə insan papilloma virusunun uşaqlıq boynunun xərçənginə səbəb olmasını sübut etməsinə görə Nobel mükafatına layiq görülüb.
Həyatı 1955 — orta məktəbi bitirib 1960 — Hamburq Universitetinin Tibb fakültəsini bitirir 1961–63 — Düsseldorf Universitetinin Tibbi Microbiologiya and Immunologiya bölməsində işləyib: virusun törətdiyi xromosom dəyişikliklərinin tədqiqatı and diaqnostic bacteriologiya and virologiya üzrə təlim. 1964 — evlənir və ilk oğlu Yan Dirk dünyaya gəlir 1965 — Verner and Gertrud Henledən Filadelphiyanın Uşaq Hospitalında iş təklifi gəlir, orada Verner Henle Virologiya bölməsinin müdiri idi 1966–68 — Filadelfiyaya işləməyə gedir: bütün laboratoriya yenicə kəşf olunmuş Epştayn-Barr virusunu araşdırırdı. Onlar müşahidə etmişdilər ki, Burkitt limfomalı xəstələr bu virusa qarşı çox sayda anti-bədəncik (əks-cisimcik) ürətir. Harald tsur Hauzen isə molekular biologiyanın tez inkişaf edən müayinə üsullarını yaxşı bilmədiyi üçün başqa bir virusla (adenovirus tip 12) işləyir. Tsur Hauzen elektron mikroskop altında göstərə bilir ki, tip 12 adenovirusuna yoluxmuş insan hüceyrələri spesifik xromosom pozuntuları meydana gəlir, eləcə də EBV-hissəciklərini antigen-müsbət Burkitt limfom hüceyrələrində nümayiş etdirə bilir. 1969 — Vürtsburq Universitetində yenicə açılmış virusologiya laboratoriyasının müdiri Eberhard Veker-dən dəvət aldığı üçün qayıdır Almaniyaya. Burada ona imkan verilir öz müstəqil araşdırma qrupunu yaratsın. Almaniyada Tsur Hauzen fikrini tamamən EBV-un tədqiqatına yönəldir. Verner Henlenin və Corc Klaynın köməkliyi ilə Filadelfiya və Stokholmdan çox sayda Burkitt limfom hüceyrə sıraları və xərçəng biopsiyaları alır. Biopsatların içində burun-boğaz xərçəng materialları da var idi: seroloji müayinə bu halda da EBV-un cəlb olunduğunu göstərirdi. 1972 — Erlangen-Nürnberqdə yenicə qurulmuş Kliniki Virologiya Institutuna başqan seçilir. Uşaqlıq boynunun xərçəngində infeksion törədici (əsasən də Herpes simplex HSV — sadə herpes virusu) çoxdan şübhəli bilinir. Yerli Dermatoloji Hospitalından ziyil toxuma hissəciklərini alan Tsur Hauzen və həmkarları müxtəlif virusların bu hissəciklərdə varlığını araşdırdı: herpes, insan papilloma virusu (HPV). 1977 — Frayburq Universitetinin Virologiya Institutuna başqan seçilir. 1983 — Haydelberqdəki Alman Xərçəng Araşdırma Mərkəzinə (Almaniyanın Milli Araşdırma Mərkəzi) elmi direktor seçilir. 2000 — International Journal of Cancer dərgisində redaktor kimi çalışır 2003 — Alman Xərçəng Araşdırma Mərkəzindəki işindən çıxır.
Ödülləri Robert Kox Ödülü (1975) Çarlz S. Mott Ödülü (1986) Pol Erlix və Lüdviq Darmştedter Ödülü (1994) Vürtsburq Universitetinin Virxov Medalı (2000) Tibb üzrə San Marino Ödülü (2002) Almanyanın Böyük Federal Ləyaqət Xaçı(2004) Alman Xərçəngə Yardım Ödülü (2006) Təməl və Xərçəng İmmunogiyası sahəsində Seçkin Araşdırmalırna görə Uilyam B. Koli Ödülü in 2006 (with Ian Frazer) Gerdner Fondunun Uluslararası Ödülü (2008) Fiziologiya ya Tibb üzrə Nobel mükafatı (2008) Çikago, Umea, Praqa, Salford, Helsinki, Erlangen-Nürnberg və Salerno universitetlərinin şərəf dərəcələri
İstinadlar
Həmçinin bax Nobel mükafatı
Xarici keçidlər Harald tsur Hauzenin Nobel Mühazirəsi (ingiliscə)
Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Xərçəng xəstəliyinin tədqiqatçıları Kateqoriya:Bonn Universitetinin məzunları Kateqoriya:Hamburq Universitetinin məzunları Kateqoriya:Düsseldorf Universitetinin məzunları Kateqoriya:Almaniyalı Nobel mükafatı laureatları Kateqoriya:Virusoloqlar Kateqoriya:Xərçəngin yoluxucu səbəbləri