Cümə məscidi — Azərbaycanın Quba rayonunun ərazisində yerləşən tarixi-memarlıq abidəsi.
Tarixi thumb|left|2018-ci ildə çəkilmiş Cümə məscidinin ümumi görünüşü. Zəngin memarlıq üslubuna malik olan ən qədim ibadət məkanlarından biri — Cümə məscidi — hicri 1217-ci (m. 1802) ildə inşa edilmişdir. Mənbələrə görə, onun tikintisi ya Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi dəstəyi ilə, ya da Hacı İsmayılın oğlu Hacı Nəsrullah tərəfindən həyata keçirilmişdir. Binanın tikilisi 1792-ci ildə başlanmış və müəyyən fasilələrlə 10 ilə başa çatdırılmışdır. Bu məscid təkcə Qubada deyil, ölkənin bütün şimal-şərq bölgəsində ən qədim dini mərkəzlərdən biri olub.
Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərmiş, qırmızı imperiya dövründə onun fəaliyyəti qadağan edilmişdir. 1933-cü ildə mədrəsə, minarə, sonralar isə digər tikililər dağıdılmışdır. Məscidin dağıdılacağını bilən rayon əhalisi, gecə ilə dəyirman daşlarını və çuvallarla buğdalarını gətirib məscidi dəyirmana çevirib ki, onu dağıdılmaqdan xilas etsinlər. Bir müddətdən sonra bura anbar kimi istifadə olunub. Daha sonra isə burada xalça muzeyi fəaliyyət göstərib.
Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən dindarların istifadəsinə verilmiş və dini qurum kimi ədliyyə nazirliyində qeydiyyatdan keçmişdir. Qısa müddət ərzindən məscidin ətrafına şəbəkəli hasar çəkilmiş, su-konalzasiya xətləri qoşulmuş, dəstəmazxana və mədrəsənin tikintisi də başa çatmişdır və digər abadlıq işləri də görülmüşdür. Türkiyənin Dini İşlər Nazirliyinin Azərbaycandakı nümayəndəliyi məscidə 5 min dollar dəyərində minbər bağışlayıb. Həmin qurum, qubalı dindarların xahişlərini nəzərə alaraq, 1993-1994-cü illərdə burada hündürlüyü 50 metr olan yeni osmanlı üslublu minarə də inşa etdirib.
Memarlıq Məscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 m2-dir.
Məscidin tikintisində istifadə olunan zığ kərpiclər, rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib. Məscidin tikintisində, əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi (yəni qiblə olan tərəfi) Mədinə şəhərində olan Quba məscidində olduğu kimi işlənib.
Qalereya
İstinadlar
Xarici keçidlər
Quba Cümə məscidinin tarixi minarəsi
Kateqoriya:1802-ci ildə yarananlar Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Quba məscidləri Kateqoriya:İslam