The Fading — 2000-ci ildə vokalçı İlya Badrov və gitaraçı Boris Aranoviç tərəfindən Tel-Əvivdə yaradılan İsrail metal musiqi qrupu.
Haqqında Qrupun ilk konserti 2003-cü ildə Tel-Əvivdə Asylum klubunda baş tutmuşdur.2005-ci ildə qrup öz debüt EP "Instruction for Self Destruction" adlı albomunu çıxartmışdır.2007-ci ildə qrup özünün ikinci EP "Chaos in Flesh" adlı albomu çıxartdıqdan sonra, The Fading İsraildə bütün konsertlərdə və festivallarda Eternal Gray və Whorecore Betzefer kimi qruplarla birgə çıxış edir.
2008-ci il avqustun 1-də qrup Almaniyada Metal Battle Wacken müsabiqəsində İsraili təmsil edir, dünyanın hər yerindən digər 15 qrupla ilə yarışaraq, festivalda The Fading müsabiqənin qalibi elan edilib.2009-cu ildə qrup özünün ilk debüt studio "In Sin We'll Find Salvation" adlı albomu buraxdıqdan sonra,Open Air Wacken festivalında albomunu təqdim edib. Rəsmi relizi avqustun 3-cü Avropa ölkələrində keçirilib.2010-cu ildə qrup "In Sin We'll Find Salvation" albomun "The Sin Collector" mahnısına ilk kliplərini çəkdirmişdir.
2011-ci ildə qrup Kiyevdə In Flames ilə və Tel-Əvivdə Children Of Bodom,2012-ci ildə isə Arch Enemy ilə Moskva və Sankt-Peterburqda konsertlərdə çıxış etmişdir.
Qrup üzvləri
İndiki üzvləri Ilia Badrov — vokal (2000-indiyədək) Paul Mitiyanine — ritm gitara (2007-indiyədək) Alex Zvulun — ritm gitara (2012-indiyədək) Eyal Ben Shushan — bas gitara (2012-indiyədək) Ran Shenkerman — zərb alətləri (2013-indiyədək)
Keçmiş üzvləri Nir "Niro-San" Leberstein — zərb alətləri (2013) Shaked Furman — zərb alətləri (2003–2013) Arie Aranovich — ritm gitara (2000–2012) Elad Manor — bas gitara (2003–2012) Jonathan Bar-Ilan — gitaralar (2006–2007) Leon Notik — gitalar (2002–2006) Nadav Luzia — zərb alətləri (2003) Itamar Cohen — zərb alətləri (2000–2002) Maor Bitton — bas gitara (2000–2003) Boris Aranovich — gitalar (2000–2002)
Diskoqrafiya
Studiya albomları In Sin We'll Find Salvation (2009) Til Life Do Us Part (2013)
EP-lər Instruction for Self Destruction (2005) Chaos in Flesh (2007)
Kateqoriya:İsrail metal musiqi qrupları Kateqoriya:2000-ci ildə yaranan musiqi qrupları