«Stalinqrad» () — rejissor Fyodor Bondarçuk tərəfindən IMAX formatında çəkilmiş ilk Rusiya filmidir. Sentyabr 2013-ci ildə film mükafat üçün "Ən Yaxşı Xarici Film" və "Oskar" mükafatı üçün Rusiya tərəfindən namizədliyini irəli sürüb. Film 2013-ci ilin oktyabrın 10-da çıxıb.

Film 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə qanlı döyüşlərdən bəhs edir.

Məzmunu 1942-ci il. Stalinqrad. Sovet ordusu Volqanın sol sahilini işğal etmiş alman ordusuna əks-hücum etməyi planlaşdırır. Lakin hücum alınmır. Yalnız kapitan Qromovun komandasında olan kəşfiyyatçılar o biri sahilə keçə bilir və evlərin birini zəbt edirlər. Onlara bu evi nəyin bahasına olursa olsun mühafizə etmək əmri verilir. Evin içində möcüzə ilə sağ qalmış Sovet əsgərlərindən başqa onun axırıncı sakinini — 19 yaşlı Katyanı tapırlar. Alman zabiti Kana düşmənlərin işğal etdikləri evi geri almaq göstərişi verilir. Bəşəriyyətin tarixində ən qanlı döyüşlərindən birinin fonunda sevgi hekayələri və xasiyyətlərin dramatik qarşıdurması göstərilir.

Rollarda Mariya Smolnikova — Katya Pyotr Fyodorov — kapitan Qromov Dmitri Lısenkov — Çvanov snayper Aleksey Barabaş — kəşfiyyatçı Aleksandr Nikiforov Andrey Smolyakov — topçu Yana Studilina — Maşa Sergey Bondarçuk — Sergey Astaxov Oleq Volku — Krasnov Tomas Kreçmann — kapitan Piter Kan Xayner Lauterbax — Xanz polkovnik Yuri Nazarov — bələdçi

Kateqoriya:Rusiya filmləri Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:IMAX filmləri Kateqoriya:Rusiyanın dram filmləri Kateqoriya:Rusiyanın müharibə filmləri Kateqoriya:Rusiya haqqında filmlər Kateqoriya:SSRİ haqqında filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Dramatik müharibə filmləri Kateqoriya:2013-cü ilin dram filmləri Kateqoriya:Böyük Vətən müharibəsi haqqında filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:Sony Pictures filmləri Kateqoriya:2011-ci il haqqında filmlər