Əbdülrəhmanlı Nəriman Hacı oğlu () — Azərbaycan nasiri, publisist, tərcüməçi, ssenarist.
Həyatı Nəriman Əbdülrəhmanlı 1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən "Daşkəsən", "Sovet Gürcüstanı" qəzetlərində, "Kino" qəzeti və "Yeni filmlər" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, "Hərbi bilik" jurnalında, "Lider" televiziyasında, "Ulduz" jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Qanun", "Adiloğlu" nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-2024-cü illərdə Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb, 2023-2024-cü illərdə dünya ədəbiyyatı şöbəsinin müdiri olub, 2025-ci ildən Azərbaycan Dillər Universiteti Tərcümə Problemləri Mərkəzinin böyük mütəxəssisi, "Xəzər" dərgisinn əməkdaşıdır.
Yaradıcılığı N.Əbdülrəhmanlının ilk publisistik yazıları 80-ci illərdə çap olunub. 80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb. 80-ci illərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə "Lider" televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O 1991-1993-cü illərdə "Gümüş Aypara" Beynəlxalq Aşqabat kinofestivalının Azərbaycan üzrə icraçı direktoru кimi fəaliyyət göstərib.
N.Əbdülrəhmanlı 80-ci illərdən folklor araşdırmaları aparmaqla yanaşı, bir çox aşıq və şairlərin yaradıcılığını toplayıb, kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçısi və redaktoru olub. Eyni zamanda 80-ci illərdən bədii tərcüməylə ciddi və ardıcıl məşğul olur, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 10 cildlik "Dünya nəsrindən seçmələr" antologiyası hazırlayıb. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" - "Şans" mükafaına layiq görülüb. "Yalqız" romanı 2010-ci ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, "Yolsuz" romanı isə 2011-ci ildə üçüncü mükafat alıb. 2018-ci ci ildə Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı" adını qazanıb, 2020-ci ildə Avrasiya Yazarlar Birliyinin VI Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibi olub. 2021-ci ildə Azərbaycan kino səlnaməsinin yaradılmasında xidmətlərinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatını qazanıb. 2023-cü ildə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Qazaxıstan Respublikasının II dərəcəli "Dostluq" ordeni ilə təltif edilib, 2024-cü ildə Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin "Əməkdar mədəniyyət işçisi", 2024-cü ildə Azərbaycan ədəbiyyatı və tərcümə sənətinin inkişafındakı xidmətlərinə görə "Cəfər Cabbarlı" mükafatına layiq görülüb. Əsərləri türk, rus, ərəb, gürcü, bolqar, fransız, çex, fars və ingilis dillərinə tərcümə olunub. "Könül elçisi" romanı Türkiyədə və İranda nəşr edilib. İstefada olan mayor, Birinci Qarabağ müharibəsinin veteranıdır. 1998-ci ildən AYB-nin uzvü, 2004-2014-cü illərdə AYB İdarə Heyətinin üzvü olub. 2014-cü ildə AYB sıralarını tərk edib. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
Əsərləri
Çap olunmuş kitabları Таle kitabı (sənədli nəsr). Bakı: "Тəbib" nəşriyyatı, 2000, 446 səh. Yaddaşlarda yaşayan insan (sənədli nəsr). Bakı: "Аdiloğlu" nəşriyyatı, 2003, 264 səh. Yelçəkən (povest və hekayələr). Bakı: "Аdiloğlu" nəşriyyatı, 2004, 240 səh. Yalqız (roman və hekayələr). Bakı: "Qanun" nəşriyyatı, 2006, 428 səh. Könül elçisi, yaxud Xuan de Persiа – Оruc bəy Bayatın hekayəti (roman). Bakı: "Qanun" nəşriyyatı, 2006, 424 səh. Dört dörtlük (toplu). İstanbul: 2007, 356 səh. Ömrün 50 məqamı (sənədli nəsr). Bakı: "Аdiloğlu" nəşriyyatı, 2007, 408 səh. Ömrün müdriklik çağı (sənədli nəsr). Bakı: "Adiloğlu" nəşriyyatı, 2010, 276 səh. Yolsuz (roman). Bakı: "Qanun" nəşriyyatı, 2011, 342 səh. Yolçu (roman-salnamə). Bakı: "Qanun" nəşriyyatı, 2013, 560 səh. Qurban (roman-xronika). Bakı: "Qanun" nəşriyyatı, 2014, 604 səh. Gönül elçisi, Don Juan de Persia - Oruç bey Bayatın hikayesi (roman). Çevireni F.Gedikli. İstanbul: İz yayınçılık, 2015, 464 sayfa. Könül elçisi, yaxud Don Xuan de Persia - Oruc bəy Bayatın hekayəti (roman-rekviyem). Bakı: "Qanun" nəşriyyatı, 2015, 448 səh. Dönəlgə (hekayələr, povest, roman). Bakı: "Qanun" nəşriyyatı, 2015, 244 səh. Taclı. Şah, Şah(Bəyim), Şah(Zadə) (roman-triptix). Bakı: "Qanun" nəşriyyatı, 2017, 596 səh. Yelçəkən (hekayələr). Rus dilində. Bakı: "Qanun" nəşriyyatı, 2019, 160 səh. Yol gəlir Ərdəbildən... (Bir nəslin tarixçəsi). (Sənədli nəsr). Bakı: "Qanun" nəşriyyatı, 2020, 176 səh. Azərbaycan kino sənəti tarixi (1898-2018). 4 cilddə. Bakı: "Qanun" nəşriyyatı, 2020. Şəms (roman-qeybnamə). Bakı, "Qanun" nəşriyyatı, 2022, 552 səh. Tanış yad adam. (hekayələr). Bakı, "Qanun" nəşriyyatı, 2025, 232 səh. Yalqız (roman-assosiasiya). Yeni redaktədə. Bakı, "Qanun" nəşriyyatı, 2026, 392 səh. Tükiyə etüdləri (Esselər və məqalələr). Bakı, "Qanun" nəşriyyatı, 2026, 216 səh.
Tərcümə kitabları Qoderzi Çoxeli. Küknarlara məktub (povest və hekayələr). Т. Mirzəylə birgə. Bakı: "Qanun" nəşriyyatı, 2006, 244 səh. Orxan Pamuk. Mənim adım Qırmızı (roman). Bakı: "Qanun" nəşriyyatı, 2007, 512 səh. Rasim Özdənörən. Kirli şüşələr ("Quyu" povesti), Bakı: 2007, 212 səh. Fərəh Pəhləvi. Xatirələr. Bakı: "Adiloğlu" nəşriyyatı, 2007, 420 səh. 1000 nüsxə; "Kitab klubu", 2016, 496 səh., 500 nüsxə; "Xan", 2016, 420 səh.; "Qanun" nəşriyyatı, 2016. Bir kədərli qadın (dünya nəsrindən seçmələr). Bakı: "Qanun" nəşriyyatı, 2008, 556 səh. Novella və hekayələr (yapon novellası, alman hekayələri, Latın Amerikası novellaları). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2008, 656 səh. Orxan Pamuk. Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı" seriyasından). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2009, 616 səh. Andrey Platonov. Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı" seriyasından). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2009, 448 səh. Gustav Le Bon. Sosializm psixologiyası ("Fikir antologiyası" seriyasından). Bakı: "Zəkioğlu" nəşriyyatı, 416 səh. Fyodor Dostoyevski. Qumarbaz (roman). Bakı: "Qanun" nəşriyyatı, "Əli və Nino" nəşriyyatı, 2011, 180 səh. Paulo Coelho. On bir dəqiqə (roman). Bakı: "Qanun" nəşriyyatı, 2011. 300 səh. Qabriel Qarsia Markes. Sənin qar üstündəki izinlə (povest və hekayələr). Bakı: "Qanun" nəşriyyatı, 2011, 184 səh. Andrey Platonov. Can (roman). Bakı: "Qanun" nəşriyyatı, 2011. Paulo Koelyo. İşıq savaşçısının kitabı (romanlar). Bakı: "Qanun" nəşriyyatı, 2001, 302 səh. Orxan Pamuk. Pəncərədən baxmaq (uşaqlar üçün). Bakı: "Qanun" nəşriyyatı, 2011, 36 səh. XX əsr dünya ədəbiyyatı antologiyası. II cild (9 hekayə). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2012, 520 səh. Paulo Koelyo. Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı kitabxanası" seriyasından). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2012, 592 səh. Nəcib Fazil Qısakürək. Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı kitabxanası" seriyasından). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2012, 552 səh. İsgəndər Pala. Şah və Sultan (roman). Bakı: "Qanun" nəşriyyatı, 2012, 384 səh. Əlif Şəfəq. Eşq (roman). Bakı: "Qanun" nəşriyyatı, 2012, 464 səh. İskəndər Pala. Od. Bizim Yunus (roman). Bakı: "Qanun" nəşriyyatı, 2012, 364 səh. Paulo Koelyo. Zahir (roman). Bakı: "Qanun" nəşriyyatı, 2012, 320 səh. Ədəbi Nobel antologiyası. Bakı: "Qanun" nəşriyyatı, 2012, 816 səh. Orxan Pamuk. Qara kitab (roman). Bakı: "Qanun" nəşriyyatı, 2013, 484 səh. Mürriel Maufroy. Eşqin kimyası (Ruminin qızı haqqında roman). Bakı: "Qanun" nəşriyyatı, 2013, 272 səh. Yukio Mişima. Məhəbbət yanğısı (roman). Bakı: "Qanun" nəşriyyatı, 2014, 274 səh. Lourens Lokkart. Nadir Şah (monoqrafiya). Bakı: "Qanun" nəşriyyatı, 2014, 550 səh. Ziya Şakir (Soku). Həzrəti Əli. Həyatı. Nəsihətləri. Döyüşləri. Bakı: "Qanun" nəşriyyatı, 2014, 542 səh. Jan-Pol Sartr Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı kitabxanası" seriyasindan). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2014, 600 səh. Elif Şafak. Qara süd (roman). Bakı: "Qanun" nəşriyyatı, 2014. 356 səh. Ahmet Ümit. İstanbul xatirəsi (roman). Bakı: "Qanun" nəşriyyatı, 2014, 668 səh. Orxan Pamuk. Mənim adım Qırmızı (roman). Bakı: "Qanun" nəşriyyatı, 2014, 636 səh. Əhməd Həmdi Tanpınar. Saatları qurma institutu (roman). Bakı: "Qanun" nəşriyyatı, 2014, 442 səh. Xorxe Luis Borxes. Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı kitabxanası" seriyasindan). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2014, 360 səh. Xorxe Luis Borxes. Qum kitabı (hekayələr). Bakı: "Qanun" nəşriyyatı, 2014, 284 səh. Gül İrepoğlu. Cariyə. Roman. Bakı: "Qanun" nəşriyyatı, 2015, 284 səh. Kenzaburo Oe. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2014, 640 səh. Migel Asturias. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2015, 558 səh. Tomas Vulf. Seçilmiş əsərlər (A. Məsudla birgə). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2015, 416 səh. Paulo Koelyo. İşıq savaşçısının kitabı (roman). Bakı: "Qanun" nəşriyyatı, 2015, 190 səh. Paulo Koelyo. Maktub (roman). Bakı: "Qanun" nəşriyyatı, 2015, 256 səh. Orxan Pamuk. Beynimdə qəribəlik (roman). Bakı: "Qanun" nəşriyyatı, 2015, 564 səh. Vladimir Varava. İyul işığı (hekayələr). Bakı: "Qanun" nəşriyyatı, 2016. 200 səh. Ahmet Hamdi Tanpınar. Beş şəhər. Xatirə. Bakı: "Qanun" nəşriyyatı, 2016, 232 səh. Gül İrepoğlu. Kölgəmi qoydum zanbaq bağçalarında. Bakı: "Qanun" nəşriyyatı, 2016, 342 səh. Mehmet Mollaosmanoğlu. Cənnət Ayrıcı (roman). Bakı: "Qanun" nəşriyyatı, 2016, 288 səh. Vaqif Rəhmanov. Müdrik sözlər. Bakı: "Qanun" nəşriyyatı, 2017, 288 səh. Elif Şafak. Eşq (roman, Azərbaycan türkcəsində). Təbriz, 2017, 436 səh. Elif Şafak. Qara süd (roman, Azərbaycan türkcəsində), Təbriz, 2017, 302 səh. Kilimancaro qarları (Nobel mükafatçılarının seçilmiş hekayələrı). Mahir Qarayevlə birgə, Binab, "İşıq", 2018, 472 səh. İbrahim Saryal. Bakı rüzgarı (sənədli roman). Bakı: "Xan" nəşriyyatı, 2018, 384 səh. Tomas Vulf. Dünyanın hörümçək toru. Romanlar və hekayələr. (A. Məsudla birgə). ATM, 2018, 356 səh. Lourens Lokkart. Nadir Şah (monoqrafiya). Bakı: "Qanun" nəşriyyatı, 2018, 456 səh. Qurban Səid. Qızılbuuynuzdan olan qız (roman). Bakı: "Qanun" nəşriyyatı, 2018, 288 səh. Virciniya Vulf. Mayaka doğru (roman). Bakı: "Qanun" nəşriyyatı, 2018, 192 səh. Gürcü ədəbiyyatı antologiyası (tərtib edənlərdən və tərcüməçilərdən biri). Azərbaycan Tərcümə Mərkəzi. Bakı: "Təhsil" nəşriyyatı, 2018, 400 səh. Elif Şafak. Ustam və mən (roman). Bakı: "Qanun" nəşriyyatı, 2018, 448 səh. Tomas Vulf. Ölüm — məğrur qardaş (povest). Bakı: "Qanun" nəşriyyatı, 2018, 80 səh. Məhəmməd Əsəd Bəy. Şərqdə neft və qan (tarixi publisistik roman). Bakı: "Qanun" nəşriyyatı, 2018, 320 səh. Orhan Pamuk. Mənim adım Qırmızı (roman). Təbriz, 2019, 733 sayfa, Abay Kunanbayev. Qara söz (fəlsəfi traktat). Bakı: "Qanun" nəşriyyatı, 2020, 144 səh. Sol Bellou. Özüm haqqında xatirə. Bakı, "Qanun" nəşriyyatı, 2021, 80 səh. Jan-Pol Sartr. Sahibin uşaqlığı. Bakı, "Qanun" nəşriyyatı, 2021, 128 səh. Qabriel Qarsia Markes. Seçilmiş əsərləri, 2 cilldə, (tərcüməçilərdən biri), Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2021. Rollan Seysenbayev. Dünyanın çökdüyü gün (romanlar və esse), Bakı, "Qanun" nəşriyyatı, 2021, 328 səh. Kobo Abe. Qumluqdakı qadın (roman), Bakı, "Qanun" nəşriyyatı, 2021, 208 səh. Orhan Pamuk. Qara kitab (roman), Təbriz, "Parlaq qələm", 2021, 774 səh. . Orhan Pamuk. Atamın çamadanı (esselər). Təbriz, 2022,108 səh. Elif Şafak. Ustam və mən (roman). Təbriz, "Azartoran", 2022, 580 səh. Qazax nəsri (antologiya). Bakı, "Qanun" nəşriyyatı, 2022, 608 səh.