Qorxmaz Cavanşir oğlu Hüseynov — "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011–2021).

Həyatı Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991–1992-ci illərdə şöbə rəisinin müavini, 1992–1995-ci illərdə şöbə rəisi, 1995–1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997–2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003–2006-cı illərdə trestin müdiri, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.

27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir. "Q.C.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2007-ci il tarixli, 2598 nömrəli Sərəncamı. e-qanun.az 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Q.CHüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 1334 nömrəli Sərəncamı. e-qanun.az "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir "Q.C.Hüseynovun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 1332 nömrəli Sərəncamı. e-qanun.az.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir. "Q.C.Hüseynovun Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olması barədə Azərbaycan Respublikası Prezidentinin 01 yanvar 2026-ci il tarixli, 55511 nömrəli Sərəncamı.|access-date=2026-01-01 |archive-date=2026-01-01 |archive-url=https://web.archive.org/web/20260126212635/https://president.az/articles/55511 |url-status=live }}</ref

Ailəlidir, iki övladı var. O, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ilə qudadır.

İstinadlar

Kateqoriya:SOCAR-ın vitse-prezidentləri