Tofiq Hüseynli, Tofiq Hüseynov və ya Qara Tofiq () — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri (1993), Müsavat Partiyasının sabiq başqan müşaviri.

Həyatı 1952-ci ildə Tovuz rayon Qovlar qəsəbəsində anadan olub. 1977-ci ildə Politexnik İnstitunun texnologiya fakültəsini bitirib və həmin ildən Tovuz rayon İstehsalat Kombunatında Texniki-Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978–1979-cu illərdə 98 saylı Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini işləyib. 2010-cu illərin sonunda ailəsilə birlikdə İsveçrəyə köçür. Son illərini Bazel şəhərində keçirib. 2026-nın iyulunda müalicə üçün Türkiyənin Ankara şəhərinə aparılır. Sonra vəziyyəti ümidsiz şəkildə ağırlaşdığı üçün onu Azərbaycana, doğulduğu Tovuz rayonuna gətirirlər. 1 avqust 2026-cı ildə Tovuzda, Qovlar qəsəbəsində doğulduğu evdə dünyasını dəyişib.

Siyasi fəaliyyəti 1989-cu ildə Azərbaycan Xalq Hərəkatına qoşulmuşdur. 20 yanvar 1990-cı ildə Kommunist Partiyasının üzvlüyündən imtina etmişdir.

Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olmuşdur.

1991-ci ilin aprel ayından Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyib.

1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

4 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri təyin edilib.

1993-cü ilin iyun ayında Qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub

25 mart 1994-cü ildə həbs olunmuşdur. 18 yanvar 1995-ci ildə azadlığa buraxılmışdır.

Həbsdən çıxdıqdan sonra Müsavat Partiyasına üzv olmuşdur. Müxtəlif dövrlərdə partiyanın Məclis, Divan üzvü və Başqan müşaviri vəzifələrində çalışmışdır. 15 oktyabr 2014-cü il tarixində, Müsavat Partiyası başqanlıq seçkilərinin ardından Tofiq Hüseynlinin də daxil olduğu Müsavat Partiyası Tovuz Rayon Təşkilatı tam tərkibdə partiyadan istefa vermişdir.

İsveçrədə yaşayır. Ailəlidir, 2 övladı var.

İstinadlar

Xarici keçidlər

Tofiq Hüseynlinin xatirəsinə “Tovuz” qəzetinin xüsusi buraxılışı işıq üzü görüb https://qaynarinfo.az/az/qara-tofiqin-saliina-150-qram-sz/ Məşhur Qara Tofiq (Huseynli Tofiq) Rusiyada yaşayan məşhurlarımıza səsləndi

Kateqoriya:Tovuz Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Şəmkir Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycanın kənd təsərrüfatı nazirləri Kateqoriya:Müsavat Partiyası Divanının üzvləri