Andrey Petroviç Zvyaqintsev () (doğum tarixi: 6 Fevral, 1964) Rus film rejissoru və aktyoru. Daha çox 2003-cü ildə çəkdiyi “Qayıdış” (The Return) filmi ilə tanınır. Bu film Venesiya Film Festivalında Qızıl Ayı mükafatını qazanmışdır.
Həyatı Zvyagintsev Novosibirskdə, Sibirdə doğulmuşdur. 1984-cü ildə 20 yaşında olarkən aktyorluq sahəsində təhsil aldığı Novosibirsk Dram Məktəbini bitirmişdir. 1986-cı ildən 1990-cı ilə qədər Moskvada, Rusiya Teatr Sənətləri Akademiyasında işləmişdir. 1992-ci ildən 2000-ci ilədək müxtəlif teatr və filmlərdə rol oynamışdır. 2000-ci ildə Ren Tv-də işləməyə başlamışdır. Üç seriyalı film olan “Qara otaq”(“Tha Black Room”)da rejissorluq etmişdir. 2003-cü ildə ilk filmi “Qayıdış”ı (“The Return”) çəkir. İlk filmi olmasına baxmayaraq Qızıl Ayı mükafatı da daxil olmaqla bir neçə mükafat qazanır. Ikinci filmi “Sürgün”ün (“The Banishment”) premyerası 2007-ci ilin Kann kinofestivalında keçirilmişdir. Eyni zamanda Qızıl Palma üçün mübarizə aparmışdır. 2008-ci ildə “Nyu-York, Səni Sevirəm”(New York, I Love You) filmi üçün qısametrajlı film çəkmişdir. Bu hissə kinoteatrlarda kəsilsə də, filmin DVD-sində vardır. Rejissorun son filmi Elenanın premyerası 2011-ci il Kann Film Festivalında, Un Certain Regard bölməsində göstərilərək edildi. Eyni zamanda Jüri xüsusi mükafatını qazandı.
Filmoqrafiya The Black Room (2000) (Televiziya serialı) The Return (2003 film)|The Return (Qayıdış) (2003) ''The Banishment'' (Sürgün) (2007) New York, I Love You (2009) - Elena (2011 film)|Elena (2010)
İstinadlar
Xarici keçidlər
Qayıdış filmi - rus dilində Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:Qızıl Qartal mükafatı laureatları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr Rusiya şəxsləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr Rusiya şəxsləri