Elina Bıstritskaya () — sovet teatr və kino aktrisası, pedaqoq, SSRİ xalq artisti (1978).
Həyatı Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr Texnikumunda (1953) təhsil alıb. Vilnüs Rus Dram Teatrında (1953–1956), A. S. Puşkin adına Moskva Dram Teatrında (1956–1958), Malıy Teatrda (1958) çalışıb. 1979-cu ildən A. Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1950-ci ildən kinoya çəkilmişdir. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib. Ana və Uşağın Sağlamlığının Müdafiəsi Beynəlxalq Fondunun vitse prezidenti, "Stabil Rusiya" siyasi təşkilatının fəal üzvlərindən olmuşdur. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisidir. SSRİ-nin (1978), Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının (1966) xalq artisti olmuşdur.
Fəxri kazak və kazak qoşunlarının polkovniki olmuşdur, silah daşımaq hüququna malik olmuşdur. "Ümid ulduzu altında görüşlər" kitabını yazmışdır ("Встречи под звездой надежды"). Elina Bıstritskayanın yaradıcılığına həsr edilmiş "Elina Bystritskaya. Bir baharın portreti "(1987) sənədli film çəkilib.
Elina Bıstritskaya SSRİ Xarici Ticarət Nazirliyində şöbə müdiri Nikolay Kuzminski ilə ailə həyatı qurur. Cütlüyün uşaqları olmur. Bir müddət o, kinoya da çəkilmir. Uzun fasilədən sonra aktrisa 1990-cı ildə "Moskva polisi Kaminski" filmində İvanovna rolu ilə kinoya qayıdır. Həyat yoldaşı ilə 25 illik evlilikdən sonra 90-cı illərin əvvəlində ayrılırlar.
Filmoqrafiya Qətldən yeddi gün sonra (film, 1991)
İstinadlar
Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Rusiya Teatr Sənəti Universitetinin müəllimləri Kateqoriya:Rusiyanın teatr pedaqoqları Kateqoriya:Rusiya teatr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları