Azərbaycan Polisi Günü — Azərbaycan Respublikasında qeyd edilən xüsusi günlərdən biri. Hər il 2 iyul tarixində qeyd edilir.

Tarixi Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdır"Azərbaycan Respublikası daxili işlər orqanlarının strukturunun təkmilləşdirilməsi və bu orqanların tərkibində olan milisin polis adlandırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanı. e-qanun.az . Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilmişdir.

24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş; 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir"Azərbaycan polisi gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli, 710 nömrəli Fərmanı. e-qanun.az . Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

İstinadlar

Kateqoriya:Azərbaycanda polis Kateqoriya:2 iyuldakı bayramlar