"Rəqəmsal qala" — Den Braun tərəfindən 1998-ci ildə yazılmış detektiv roman.

Süjet

ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, "Rəqəmsal qala" adlı virusun şifrəsini açmaqda acizdir.

Bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün əsil mənasında fəlakətdir. Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir. Paralel olaraq virusu yaradan proqramçının da axtarışlarına başlanılır. Lakin o, çox da uzaqda yox, elə burada, Milli Təhlükəsizlik Agentliyinin içindədir.

Xəbərdarlığın sonu

Obrazlar

Syuzan Fletçer — MTA-nın baş kriptoqrafı və romanın baş qəhrəmanı Devid Bekker — Müasir Dillər professoru və Syuzan Fletçerin nişanlısı Ensey Tankado — "Rəqəmsal qala"-nın yaradıcısı və sabiq MTA əməkdaşı Komander Trevor Stratmor — MTA-in direktor müavini Fil Çatrukyan — MTA-də texnik Qreq Heyl — MTA kriptoqrafı Liland Fonteyn — MTA-in direktoru Halohot — Stratmor təfərindən kirayələnmiş killer Mic Milken — Fonteynin daxili mühafizə analizçisi Çed Brinkerhoff — Fonteynin şəxsi köməkçisi Cabba — MTA-in Mühafizə Sistemi Rəisi Soşi Kuta — Cabbanın baş texniki və köməkçisi Tokuqen Numataka — "Rəqəmsal qala"-nı almağa çalışan yaponiyalı iş adamı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1998-ci ilin romanları Kateqoriya:ABŞ romanları Kateqoriya:İngilis dilində romanlar Kateqoriya:Den Braunun romanları Kateqoriya:Uydurmada kütləvi nəzarət