Həsən Həmid oğlu Seyidov () — Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurasının sədri, İliç Rayon Partiya Komitəsinin birinci katibi, Ədliyyə Nazirinin birinci müavini.
Həyatı Həsən Seyidov 16 may 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1952-ci ildə İ. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin üzvü, sədr müavini, Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şürasının sədri, Şərur Rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən isə ömrünün sonuna kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məshul vəzifələrdə işləmişd, Ədliyyə Nazirinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin orqanı olan "Qanunçuluq" jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1992-ci il 358 Nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası fəxri adına layiq görülmüşdür.
1997-ci il iyun ayının 3-də 74 yaşında Bakı şəhərində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası İliç Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Şahtaxtıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Kəngərli rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar hüquqşünasları Kateqoriya:Naxçıvan MSSR Ali Məhkəməsinin sədrləri Kateqoriya:Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının sədrləri Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirlərinin müavinləri