Zakir Cabbar oğlu Cabbarov () — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (9 dekabr 1992 – 6 aprel 1994).

Həyatı Cabbarov Zakir Cabbar oğlu 22 dekabr 1937-ci ildə Laçın rayonunun Xırmanlar kəndində ziyalı ailəsində anadan olmuşdur.

7 illik kənd məktəbini, sonra isə Laçın şəhərində tam orta məktəbin 10-cu sinfi bitirib.

1964-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.

1969-cu ildə Universiteti bitirərək Azərbaycan dili və Ədəbiyyatı müəllimi ixtisası almışdır.

1969-cu ildə Laçın rayon Xırmanlar kənd orta məktəbində müəllim işləmiş, bir müddət sonra isə direktoru təyin edilmişdir.

1975-ci ildə Laçın rayon Təhsil Şöbəsinə hərbi metodist təyin edilmişdir. Eyni zamanda Laçın rayonu üzrə Təbiəti Mühafizə idarəsinin sədri vəzifəsində işləmişdir.

1990-cı illərdə Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə yaxından iştirak etmişdir.

9 dekabr 1992-ci ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş və 6 aprel 1994-cü ilə qədər bu vəzifədə çalışmışdir.

1994-cü ildən ömrünün sonunadək Laçın rayon Təhsil Şöbəsində hərbi metodist vəzifəsində çalışmışdır.

Zakir Cabbarov 7 yanvar 2013-cü ildə Bakı şəhərində vəfat edib.

Ailəsi Oğlu Elnur Cabbarov Birinci Qarabağ müharibəsi zamanı Laçın Polis batalyonunun tərkibində 1994-cü ildə Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

İstinadlar

Mənbə "Laçın" qəzeti, 11.02.1994-cü il, səhifə 2.

Kateqoriya:Laçın rayonunda doğulanlar Kateqoriya:Laçın Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Bakıda vəfat edənlər