Konstantin Vladimiroviç Slavin () — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru.

Həyatı Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir.

1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib. 1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür.

İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub. Bu siyahını daha da uzatmaq olur.

Həyata keçirdiyi əməliyyatlar aşağıdakı sahələri əhatə edir: Baklofen nasosu (spinal nasos) idarəetməsi Beyin cərrahiyəsi Servikal disk əməliyyatı Beynin dərin stimulyasiyası və ya dərin beyin stimulyasiyası Epilepsiya əməliyyatı Qamma bıçaq Hidrosefaliya əməliyyatı Mikroneyrovaskulyar cərrahiyyə Parkinson xəstəliyi Spastiklik Onurğa beyni zədələnməsi (spinal kord) Onurğa beyni stimulyasiyası Spinal nasos implantasiyası Stereotaktik radio cərrahiyyə Trigeminal (üçlü sinir) nevralgiya Azan (vaqus) sinir stimulyator idarəolunması

Əsərləri

Konstantin V. Slavin, Hrachya Nersesyan, and Christian Wess. "Peripheral Neurostimulation for Treatment of Intractable Occipital Neuralgia". Journal of Neurosurgery. Konstantin V. Slavin, M. Efkan Colpan, Naureen Munawar, Christian Wess, and Hrachya Nersesyan. "Trigeminal and occipital peripheral nerve stimulation for craniofacial pain: a single-institution experience and review of the literature". Journal of Neurosurgery. Konstantin V. Slavin. "Peripheral nerve stimulation for neuropathic pain". Journal of Neurotherapeutics. Konstantin V. Slavin, and Christian Wess. "Trigeminal Branch Stimulation for Intractable Neuropathic Pain: Technical Note". Wiley Online Library. Konstantin V. Slavin, Manuel Dujovny, James I. Ausman, Gerardo Hernandez A, Mark Luer Phar, and Hugh Stoddart. "Clinical experience with transcranial cerebral oximetry". Journal of Surgical Neurology. Peripheral Nerve Stimulation (2011) Neurostimulation: Principles and Practice (2013) Stimulation of the Peripheral Nervous System: The Neuromodulation Frontier (2015)

İstinadlar

Kateqoriya:Professorlar Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları Kateqoriya:Azərbaycandan ABŞ-yə mühacirət edənlər