Şağlaser — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi Şağlaser Lənkəran rayonunun şimal hissəsində dağətəyi bölgədə yerləşən talış kəndidir. Talış dilində: "Şəğol" (çaqqal) və "se" (istil, nohur) sözlərindən yaranıb, "çaqqal olan istil" mənasını verir.

Mədəniyyəti Kənddə 2 orta məktəb, 2 kitabxana, klub, stasionar xəstəxana, uşaq bağçası və mədəniyyət sarayı fəaliyyət göstərir.

Əhalisi Əhalisinin sayı 10 mindən çoxdur. Şağlaser kəndi xüsusi elm xadimləri və qabaqcıl şəxsləri ilə məşhurdur.

İqtisadiyyatı Əsas təsərrüfatçılıq sahələri faraş tərəvəzçilik və maldarlıqdır.

Tanınmış sakinləri Ağaddin Babayev — Azərbaycan jurnalisti. Şərif Əsədullayev — Azərbaycan generalı. Fəraqət calalov — Sərbəst güləş üzrə ssri idman ustası, Azərbaycan ssri əməkdar məşqçisi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi İdman İşçisi, Beynəlxalq Dərəcəli Hakim və dünya güləş birliyinin fəxri hakimi.

Xarici keçidlər Şağlaser kəndinin rəsmi Instagram səhifəsi Şağlaser kəndinin rəsmi TikTok səhifəsi

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri